UNEC Extern tədris mərkəzi UNEC rektorunun 12 noyabr 2019-cu il tarixli 994/3/2019 nömrəli əmri ilə yaradılmışdır. UNEC-in Marketinq və kommunikasiya departamentinin Rəqəmsal media bölməsinin müdiri-sayt administratoru Zaur Vaqif oğlu Əziz 14.12.2020-ci il tarixində Mərkəzin direktoru vəzifəsinə təyin edilmişdir.

Mərkəzin təsdiq edilmiş Əsasnaməsinə əsasən aşağıdakı vəzifələri vardır:

  • UNEC-də müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan distant təhsilalma formasının (bundan sonra mətn üzrə – DTF) tətbiqi, inkişafı və təkmilləşdirilməsi;
  • UNEC-də DTF-nin həyata keçirilmə metodlarının işlənib hazırlanması;
  • UNEC-də DTF-nın tətbiqi üzrə layihələrinin hazırlanlması, bu layihələrin icrasının, koordinasiyası və monitorinqi;
  • UNEC-də DTF-nin tətbiqi ilə həyata keçirilən tədris prosesinin təşkili və idarə olunması;
  • DTF proqramlarının məzmununun işlənib hazırlanması, tədrisin təşkili və dəstəklənməsi istiqamətində qabaqcıl təcrübələrin tətbiq edilməsi;
  • DTF tənzimləyən normativ-hüquqi sənədlərin təhlil olunması və tətbiqi;
  • DTF üzrə marketinq araşdırmalarının həyata keçirilməsi və dinləyicilər dairəsinin müəyyən edilməsi, onların cəlb olunması strategiyasının işlənib hazırlanmasının və həyata keçirilməsinin təşkil edilməsi;
  • Mərkəzin fəaliyyəti ilə bağlı UNEC-in digər struktur bölmələri ilə qarşılıqlı əlaqələrin təşkil edilməsi;
  • DTF-nin tətbiqi ilə əlaqədar tədris prosesinin təkmilləşdirmə məqsədi ilə təlimlərinin təşkil olunması;
  • UNEC-in saytında aidiyyatı məlumatların və metodik vəsaitlərin yerləşdirilməsinin təşkili;
  • DTF kursların tədris-metodiki bazasının formalaşdırılması və universitetin hazırlıq istiqamətləri (ixtisaslar) üzrə müvafiq tədris-metodiki materialların UNEC-in müvafiq struktur bölmələri ilə birgə monitorinqinin təşkil olunması;
  • Dinləyicilərin peşə fəaliyyətinə hazırlanmasına yönəldilmiş ixtisas artırma və yenidən hazırlanma istiqamətində proqramlarının işlənib hazırlanması və tətbiqinin həyata keçirilməsi;
  • DTF layihələrinin texnoloji, təşkilati və analitik təminatının təşkil edilməsi.
  • DTF sahəsində qabaqcıl dünya təcrübələrin tətbiqi hesabına təhsilin keyfiyyətinin artmasına və UNEC tərəfindən təqdim olunan təhsil xidmətləri dairəsinin genişlənməsinin təmin edilməsi;
  • UNEC-də korporativ təhsil xidmətlərinin təşkil edilməsi;
  • Mərkəzin layihələrinin həyata keçirilməsi üçün beynəlxalq distant təhsil platformaları ilə əməkdaşlıq edilməsi;
  • Onlayn təhsil məzmununun işlənib hazırlanmasında, qabaqcıl dünya təcrübələrin öyrənilməsi və tətbiq edilməsi.

*

2021-ci ilin senytabrında Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin Elektron universitet şöbəsinin adı dəyişdirilərək Təhsil və təlim texnologiyaları şöbəsi adlandırılıb. 12.10.2021-ci il tarixdən Təhsil və təlim texnologiyaları şöbəsi Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin tərkibindən çıxarılaraq UNEC Extern tədris mərkəinin strukturuna daxil edilib.

O cümlədən Mərkəz:

  • UNEC-in tərəfdaşları ilə distant təhsil məsələləri üzrə qarşılıqlı əlaqələri təşkil edir;
  • Distant təhsil məsələləri üzrə universitetdaxili sənədlərin hazırlanmasını təşkil edir;
  • UNEC-in mərkəz, məktəb, filial, kollec və digər struktur bölmələrinin distant təhsil məsələləri üzrə fəaliyyətinin koordinasiyasını həyata keçirir;
  • Distant təhsil sahəsində yaradılan intellektual mülkiyyət üzərində UNEC-in müstəsna hüquqlarının təsbit olunmasını təmin edir;
  • İnformasiya-telekommunikasiya şəbəkələrindən istifadə olunmaqla distant formada nəzarət və qiymətləndirmə tədbirlərinin həyata keçirilməsini təmin edir;
  • Distant kursların statistik məlumatlarının tədqiqat məqsədləri üçün təqdim olunmasını koordinasiya edir və analitik hesabatlar hazırlayır;

 

14.12.2020-ci il tarixində Mərkəz tərəfindən distant dərslərin təşkili, onların idarə edilməsi və nəzarətdə saxlanılması, mütəmadi olaraq keçirilmiş dəsrlər üzrə hesabatların hazırlanması üzrə işçi heyətin tərkibi UNEC rektorunun müvafiq əmrinə əsasən təsdiq edilmişdir.

“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj“UNEC Extern” mərkəzinin açılış tədbirindən fotoreportaj

*

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna