Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) özəl sektorun tanınmış marketoloqlarının iştirakı ilə praktiki seminar dərsləri keçirilib. Marketinq fənnində iştirak edən ekspertlər tələbələrə korporativ sektorda baş verən yeniliklər barədə məlumat çatdırıblar.
Sosial media üzrə marketinq mütəxəssisi Anar Məsimov “Qlobal trendlər və istehlakçı davranışları”mövzusunda məruzə ilə çıxış edib. Sosial şəbəkələrə daxil olan müraciətlərinin araşdırılmasında operativliyin xüsusi rol oynadığını tələbələrin diqqətə çatdırıb.
“Azərsun Holdinq”in ticari marketinq meneceri Elşən Əmirov isə qida sənayesinin özəlliklərindən, marketinq strategiyasının istiqamətlərindən və istehlakçılarla işin aparılması qaydalarına toxunub. Mütəxəsis yüksək alıcılıq dinamikasının mövcud olduğu süd və süd məhsulları bazarında gərgin rəqabətin mövcud olduğunu qeyd edib.
Seminarlarda tələbələri maraqlandıran suallar cavablandırılıb.