Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında SORĞU

22 FEVRAL 2021 | VIEWS:
414

PrintƏziz həmvətənimiz,

İgid oğullarımızın canı-qanı bahasına, əsgər və zabitlərimizin rəşadəti, xalqımızın birliyi və əzmi, dövlət başçımızın zəkası və qətiyyəti sayəsində Qarabağımız işğaldan azad olundu. Axır ki, doğma torpaqlarımıza qovuşacağıq, əl-ələ verib Qarabağı insanların firavan yaşayacağı gözəl bir məkana çevirəcəyik. Bunu da düşünülmüş şəkildə, ümumi bir plan əsasında edəcəyik.

Bu sorğunun nəticələri işğaldan azad olunmuş ərazilərimizin bərpası və qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Ona görə də sorğuda iştirak etməyiniz və cavablarınız çox mühümdür.

Sorğu dövlət sifarişi əsasında, müxtəlif elmi-tədqiqat və tədris müəssisələrini təmsil edən və müstəqil qrup kimi fəaliyyət göstərən alimlər tərəfindən aparılır. Sorğu materialları, o cümlədən sizin şəxsi məlumatlarınız və cavablarınız məxfi qalacaq.

Sorğuya keçid üçün: https://sorgu.ada.edu.az/

*

https://news.unec.edu.az/xeber/125-universitet/7193-garabaga-gayidishin-effektiv-teshkili-megsedile-mecburi-kochkunler-arasinda-sorgu

415 1