Əhliman-Qasımov-(eqasimov1)Qasımov Əhliman İbrahim oğlu

Təvəllüd: 26 Noyabr, 1984

2002-2006-cı illərdə UNEC-in Maliyyə kredit fakultəsində “Maliyyə” ixtisası üzrə bakalavr, 2006-2009-cu illərdə isə eyni ixtisası üzrə magistr təhsili alıb.

2010-cu ildə İSET (International School of Economics at TSU), 2011-ci ildə isə Çex Respublikasının Çarlz Universiteti nəzdində fəaliyyət göstərən CERGE-EI doktorantura proqramının yay məktəbini bitirib.

2011-2013-cü illərdə Tbilisi Dövlət Universiteti nəzdində yaradılmış ingilis dilli Tbilisi Beynəlxalq İqtisad Məktəbində (International School of Economics at TSU) “İqtisadiyyat” ixtisası üzrə ikinci magistr təhsilini alıb.

Hazırda İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun “Daxili fiskal siyasət” ixtisası üzrə doktorantıdır.

2007-2008-ci illərdə kommersiya bankında, 2009-2010-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Makroiqtisadi Tədqiqatlar şöbəsində baş iqtisadçı və Statistika və analitik təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb. 2014-2015-ci illərdə Gürcüstanda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Maliyyə şöbəsində, 2016-cı ildə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Makroiqtisadi Tədqiqatlar şöbəsində böyük elmi işçi vəzifəsində çalışıb.

2009-2010-cu illərdə Azərbaycan Respublikasında rəqabətqabiliyyətli qeyri-neft sektorunun inkişafına dəstək layihəsində (UNDP) tədqiqat köməkçisi, 2016-2019-ci illərdə Aran və Gəncə-Qazax İqtisadi Rayonunda Avropa Birliyinin və GİZ-in  layihəsi, 2018-ci ildə Asiya İnkişaf Bankı layihəsi üzrə ekspert olub.

2017-ci ildən Bakı Mühəndislik Universitetində, 2020-ci ildən isə UNEC-də pedaqoji fəaliyyət göstərirr.

UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimidir. Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) “Statistika” və “Ətraf mühitin iqtisadiyyatı” fənlərini ingilis dilində tədris edir. Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin üzvüdür. İSE-nin baş mentorudur.

Web of Science platformasında qeydə alınan beynəlxalq konfranslarda iştirak edib.

UNEC-in gənc müəllimi həm də həvəskar alpinistdir. Xınalıq zirvəsi (3713 m), Heydər Əliyev zirvəsi (3751 m), Atatürk zirvəsi (3756 m) və Bazardüzü zirvəsini (4466 m) fəth edərək və Azərbaycanın və UNEC-in bayrağını həmin zirvələrə sancıb.

 

 

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser