mal_asif_foto

Professor Kərimov Asif Məti oğlu

*

1931-ci il mart ayının 19-da Fizuli rayonunun Fizuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur.

1940-1950-ci illərdə ildə Fizuli şəhər 2 №-li orta məktəbdə təhsil almışdır.

1950-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı adına İnstitutunun «Maliyyə-kredit» fakultəsinə daxil olmuşdur.

1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1954-1957-ci illərdə Moskva Maliyyə İnstitutunu əyani aspiranturasında oxumuşdur.

1957-ci ildə SSRİ Təhsil nazirliyinin təyinatı ilə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun «Maliyyə və kredit» kafedrasına müəllim təyin olunmuşdur.

1959-cu ildə Karl Marks İnstitutunun Azərbaycan Dövlət Universitetinin tərkibinə daxil olması ilə əlaqədar olaraq Universitetin iqtisad fakultəsinin «Maliyyə-kredit» kafedrasında işləmişdir.

1961-ci ildə Moskva İqtisad-Statistika  institutunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

*

*

1966-cı ildə İnstitutun yenidən bərpası ilə əlaqədar olaraq AZ.XTİ-nun «Maliyyə-kredit» kafedrasında dosent vəzifəsində işləmişdir.
23.I.1968 – 26.IV.1969-cı illərdə «Maliyyə-kredit» fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.
26.IV.1969 – 1.XII.1974-cü illərdə AZ.XTİ-nun birləşmiş axşam fakültəsinin dekanı vəzifəsində fəaliyyət göstərmişdir.

1983-cü ildə «Maliyyə-kredit» kafedrası iki yerə bölünmüş və o «Maliyyə» kafedrasının müdiri seçilmişdir. 2006-cı ilədək bu vəzifəni aparmış, 2007-2008-ci illərdə «Maliyyə» kafedrasının müdir əvəzi vəzifəsini icra etmişdir.

Müəllimlik fəaliyyəti dövründə maliyyə elminin nəzəri və praktiki məsələlərinə dair 100-dən çox elmi əsərlərin müəlifidir.

Universitetin Elmi Şurasının, «Maliyyə» fakultəsinin MM-nın Elmi Şuralarının, «Maliyyə-uçot» jurnalının redaksiya heyətinin üzvüdür.

Hal-hazırda «Maliyyə» kafedrasının professorıdır.

Ailəlidir, iki övladı və 5 nəvəsi var.