21-ci əsrin keyfiyyətli təhsil modeli – Adaptiv təhsil UNEC-də

21 DEKABR 2020 | VIEWS:
526

??????????????????????????????????????????????????????????????????????????Danimarkanın “Area9 Lyceum” şirkətilə UNEC arasında imzalanmış müqaviləyə əsasən, adaptiv təhsil üzrə mütəxəssis – mühəndis hazırlığı proqramı uğurla başa çatmışdır.

Adaptiv təhsilin Azərbaycanda korporativ sektorda və UNEC-də tətbiqi imkanları müzakirə edilmiş, “Area9 Lyceum” şirkəti tərəfindən Adaptiv təhsil üzrə  mühəndis statusu verilmiş UNEC-in gənc müəllimi Famil Məcidli  adaptiv təhsilin üstünlükləri, əhəmiyyəti, qiymətləndirilməsi barədə ətraflı məlumat verib. Adaptiv təhsilin fərdiləşdirilmiş tədris proqramı təklif edən, fərdi tyutor effekti verərək öz biliklərinin fərqində olan, təhsildə əldə etdiyi bilik və bacarıqlarla bağlı özünə əmin olan mütəxəssislərin yetişməsinə şərait yaradan təhsil metodu olduğu vurğulanıb. Adaptiv təhsil modelində hər bir təhsilalanın fərdi xüsusiyyətləri nəzərə alınmaqla fərdi təhsil trayektoriyası formalaşdırılır. Nəticədə iki dəfə az vaxt sərf etməklə mövzunun 100 faiz mənimsəmənilməsi təmin edilir.

İnkişaf etmiş ölkələrdə adaptiv təhsil holdinq və şirkətlərin öz işçilərinin performansını daha da yüksəltmələri üçün geniş  tətbiq olunur. Azərbaycanda da müəssisələr işçilərinin ixtisasının artırılması və yenidən ixtisaslaşması üçün bu sistemin üstünlüklərindən faydalana bilərlər.

Yekunda adaptiv təhsilin ölkədə ilk dəfə tətbiq olunacağını və təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracağını nəzərə alaraq, bu istiqamətdə işlərin sürətləndirilməsi məqsədilə müvafiq qərarlar qəbul edilib.

*

https://news.unec.edu.az/xeber/125-universitet/6981-21-ci-esrin-keyfiyyetli-tehsil-modeli-adaptiv-tehsil-unec-de

527 2