vidadi6-wa0011UNEC nəzdində Sosial-İqtisadi Kollecinin direktoru p.e.d. Vidadi Ömər oğlu Orucov

1956-cı il may ayının 12-də Ulu Borçalı ma­ha­lının qə­dim Başkeçid (indiki Dmanisi) rayonunun Qızıl­-kilsə kəndində anadan olmuşdur.

1973-cü ildə Qızılkilsə kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakül­tə­sinə daxil olub. 1982-ci ildə  həmin universiteti  bitirib.

1998-ci ildə “Karbon və azot atomlarının də­mir-ni­kel və dəmir manqan ərintilərində atomların paylan­ma­sına, faza keçidlərinə və xassələrinə təsiri” mövzusunda na­mi­zədlik dis­ser­­ta­siyası müdafiə edərək fizika-riyaziyyat elm­ləri namizədi alim­lik dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1973-cü ildə Bakı Tunel-Tikinti İdarəsin­də fəhləliklə başlayıb. 1983-cü ildə Bakı şəhər 25 saylı texniki-pe­şə məktəbinin azad komsomol təşkilat katibi, 1990-cı ildə Ni­zami rayonu “Bilik” cəmiyyətinin məsul katibi, 1992-1997-ci il­­lərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili İdarəsində mütəxəssis vəzifəsində çalışıb.

**

1997-ci ildən Bakı Sənaye-Pedaqoji kollecinin direktoru və­zi­fəsinə təyin olunub və 20 il bu təhsil ocağına rəhbərlik edib.

2016-cı ildən Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktorudur.

vahid-ezizvid0220614-wa0019vid20629-wa0018vid644aeab4ce93ca3143d8c1