riyaz_adil_fotof.-r.e.n., dos. Təhməzov Adil Salah oğlu

1943-cu ildə Ağdam rayonun Xındırıstan  kəndində  anadan olub.

1960-cı ildə Qasımbəy Zanir adına Xındırıstan orta məktəbini bitirib, həmin ildə də V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun  Fizika-riyaziyyat fakültəsinə  daxil olub.

1965-1968-ci illərdə həmin institutu bitirib, təyinatla  İmişli rayonunda riyaziyyat  müəllimi işləyib.

*
1968-ci ildə Elmlər Akademiyasının  Rıyaziyyat və Mexanika institutunun qiyabi aspiranturasına daxil olub.

 

 

*

1968-ci ildə D.Bunyadzadə adına  Azərbaycan Xalq Təsərrüfatı İnstitutnda (indiki Azərbaycan Dğvlət İqtisad Universiteti)  Tədris bölməsində işləməyə başlayıb.

1969-cu ildə saat hesabı müəllim, 1970-ci ildən “Riyaziyyat” kafedrasında müəllim işləyir.

1976-cı ildə  namizədlik dissertasiyasının müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi elmi dərəcəsi  alıb.

2020-ci ilə kimi UNEC-in “Riyaziyyat və statistika” kafedrasının  dosenti olub.

28 sayda elmi-metodiki məqalələrin müəllifidir.