riyaz_mamed_fototex.e.d. Məmmədov Məmməd Cümşüd oğlu

1937-ci ildə Fizuli rayonunun Qarakollu kəndində anadan olub.
1955-ci ildə orta məktəbi bitirib.

1955-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakultəsinə qəbul olunub, 1960-cı ildə bitirib.

1960-cı ildə aspiranturaya daxil olub, 1960-1963-cü illrdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirib. 1963-cü ildə Azərbaycan Politexnik İnstitunun “Ali riyaziyyat” kafedrasına müəllim təyin olunub.
1964-cü ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını alıb.

1966-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasında  işləyib. Müxtəlif illərdə assistent, baş müəllim, dosent, professor vəzifələrində işləyib.

 

*

1986-cı ildə doktorluq dissertasiya işini müdafiə edib. Texnika elmləri doktorudur.

1995-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə millət vəkili seçilib. 1995-2000-ci illərdə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədr müavini və sədri vəzifələrində işləyib.

2002-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat və statistika” kafedrasında məsləhətci-professoru olub.

27.11.2020-ci il tarixində vəfat edib.

UNEC-in professoru vəfat edib (28.11.2020)