Şöbə müdiri: Elnarə Məmmədova

Ünvan:  Bakı, İstiqlaliyyət, 6 (I korpus, otaq 203)
Telefon: +(994) 12 492-60-43 

3651 2

Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr şöbəsi ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir. İnformasiyanın verilmə formalarının standartlara uyğunlaşdırılması məqsədilə mətbuat konfransları, brifinqlər, qəbulların təşkili, yerli və xarici medianın universitetin fəaliyyəti barədə dərc etdiyi və ya yaydığı informasiyalar barədə universitetin əməkdaşlarını məlumatlandırmaq şöbənin fəaliyyətinə daxildir.

Şöbə rektorluğun və digər strukturların planlaşdırdığı iclas, konfrans və simpoziumların təşkili, mətbuatın fəaliyyətinin monitorinqinin aparılması, universitetin fəaliyyəti ilə bağlı ictimaiyyətin suallarının cavablandırılması ilə məşğul olur. Mədəni tədbirlərin təşkili, universitetin tanıtımının və nüfuzunun artırılması istiqamətində aparılan silsilə işlər də bölmənin səlahiyyətinə daxildir.

Şöbə abituriyentlərə, şagirdlərə universitet və onun strukturları haqqında məlumatları çatdırmaq məqsədilə sərgilərdə iştirak edir, lisey, hazırlıq kurslarında görüşlər keçirir və ziyarət proqramları təşkil edir. Universitetin tədbirləri ilə bağlı ictimaiyyəti və əməkdaşları  məlumatlandırmaq məqsədilə bülletenlər, xəbərlərin elanlarını hazırlayır. Universitetin tanıdılmasında istifadə edilən kataloq, broşura və tanıtma CD-lərini hazırlayır, ölkə xaricindən universitetlə bağlı məlumat əldə etmək istəyən şəxslərə məsləhətçilik xidməti göstərir və ziyarət məqsədi ilə gələn qonaqları universitetlə tanış edir.

Universitetin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə universitetdə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir, press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlayır. İctimaiyyətlə əlaqələr sahəsində normativ aktların və təşkilati sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak edir. Universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavab hazırlamaq və təhrif  hallarının aradan qaldırlması üçün tədbirlər görmək də şöbənin fəaliyyətinə daxildir. Eyni zamanda şöbə universitet tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil edir, universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqinin aparılmasını və bu barədə rəhbərliyə məlumat verilməsini təmin edir.

Şöbə fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasında iştirak edir. Şöbə universitetdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə universiteti təmsil edir, onların işində iştirak edir.

2018-ci ilin sentyabrına kimi şöbənin müdiri  Vüsalə Məmmədova  olub.
2018-ci ilin sentyabrından 2019-cu ilin mayına kimi şöbəyə Cavid Xəlilov rəhbərlik edib.
Hazırda şöbəyə Elnarə Məmmədova rəhbərlik edir.