Nəzrin İbrahimli TECNəzrin İbrahimli

Əlaqə : +994 55 994 49 35
Email: [email protected]

27 avqust 2001-ci ildə Bakı şəhərində anadan olub.

Bakı şəhərində 129 saylı tam orta məktəbi bitirib.

2019-cu ildə UNEC-in Maliyyə və mühasibat fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olub. Hazırda 3-cü kursda təhsil alır.

Universitetin ictimai-sosial həyatında fəal iştirak edir.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvüdür. Keçirilən bir çox tədbir və layihələrdə iştirak edib. Verdiyi təşəbbüsə görə sertifikat və təşəkkürnamələrlə təltif olunub. THİK-in AXC-nin 103-cü ildonümündə keçirdiyi tədbirdə xüsusilə fərqlənib.

 

 

“İrəli” İctimai birliyinin, Sabunçu Gənclər Evinin və Baku City Circuit Volunterers (BCC) fəal könüllülərindəndir. Sabunçu Gənclər Evində bir çox layihələrə rəhbərlik edib. Eyni zamanda Sabunçu Gənclər tərəfindən təşkil olunan təcrübə proqramlarının təşkilatçısı və iştirakıçısı olub.

İrəli İctimai Birliyində tərəfindən təşkil olunmuş “IZ”, “YAYFEST” kimi düşərgələrin iştirakçısı olub, təcrübə proqramlarında iştirak edib. 2019- cu ildə Formula-1 üzrə dünya çempionatı keçirilib və Qran Pri  mərhələsində könüllü kimi fəaliyyət göstərib.

Baku City Circuit Volunterers tərəfindən təşkil olunan layihələrdə iştirak edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil olunmuş UEFA Avropa Liqası Final 2019-un Könüllü proqramında iştirak edib.

2021-ci ildə UNEC-in Tələbə Elmi Cəmiyyətinin sədri seçilib.