Kafedra haqqında

İqtisad Universitetinin fəaliyyət göstərdiyi bütün dövrlərdə “Siyasi iqtisad” adı ilə fəaliyyətdə olan kafedra 1993-cü ildən “İqtisadi nəzəriyyə” adlandırılmışdır. Bu dəyişiklik sosiolist sisteminin dağılması ilə bağlı olmuşdur. Bununla yanaşı, bir çox iqtisadçı alimlər “Siyasi iqtisad” termininin əslində sosializmlə əlaqəsi olmasını göstərir və indinin özündə də bir çox xarici ölkələrdə “Siyasi iqtisad” adının qalmasına istinad edirlər.

1975-1982-ci illərdə kafedraya prof. Qara Sadıqov, 1987-1990-cı illərdə “Birləşmiş siyasi iqtisad” kafedrasına Ərəstun Axundov rəhbərlik etmişlər. 1990-cı ildə kafedra yenidən iki yerə ayrılmış, Uçot-iqtisad, Maliyyə fakültələri üzrə “Siyasi iqtisad” kafedrasına (sonradan “İqtisadi nəzəriyyə-2” adlandırılmışdır) i.e.d.,prof. Məmmədhəsən Meybullayev rəhbərlik etmişdir. 2014-cü ildən kafedraya i.e.d., prof.Ümüdvar Qənbər oğlu Əliyev rəhbərlik edir.

“İqtisadi nəzəriyyə-2” kafedrasının adı Universitetin 442/3/2015 tarixli əmri ilə “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası adlandırılmışdır. Kafedra universitetin ən nüfuzlu kafedralarındandır. Kafedrada çox nüfuzlu iqtisadçı alimlər çalışır.

Kafedranın əməkdaşlarından professor Eldar Rza oğlu İbrahimov milli məclisin intizam komissiyasının sədri, prof. Qafarov Şamil Saleh oğlu AAK-ın iqtisadiyyat üzrə ekspert komissiyasının sədridir. Kafedranın professorları Ümüdvar Əliyev, Qabil Manafov Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası (2019-cu il) adlı monaqrafiyanln redaksiya heyətinin üzvü və həmmuəlliflərindəndir. Professor Rasim Nəbiyev və dos. Əli Hacıyev də həmin monoqrafiyanın həmmüəlliflərindəndir.

Professor Qabil Nadir oğlu Manafov isə universitetdə “Magistratura mərkəzinin” direktorudur. Kafedranın professorları Ü.Q.Əliyev, E.R.İbrahimov, Q.N.Manafov, R.Ə.Nəbiyev, Ş.S.Qafarov ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin təbliğində fəal iştirak edirlər.

Kafedra İqtisadi nəzəriyyə, İqtisadi təlimlər tarixi, İqtisadi islahatlara aid qanunlar, İqtisadi nəzəriyyələr və məktəblər, Müasir dünyanın iqtisadi problemləri, İqtisadi nəzəriyyənin aktual problemləri, Makroiqtisadiyyat, İqtisadi fikir və iqtisadi siyasət, bazara keçidin milli problemləri, İqtisadi inkişafın modelləri, İqtisad elminin müasir problemləri, iqtisad elminin tarixi və metodologiyası, İslam iqtisadiyyatı kursları üzrə proqramlarını hazırlayıb nəşr etdirmişdir.

Kafedranın əməkdaşları bir çox monoqrafiya, dərslik və dərs vəsaitləri, elmi məqalələr nəşr etdirmişdir. Prof. Ü.Q.Əliyevin “Keçid dövrünün milli iqtisadi problemləri” (2008), “İqtisad elminin aktual problemləri” (2013), prof. Q.N.Manafovun “Sahibkarlıq fəaliyyətinin nəzəri və praktiki əsasları”, prof.T.Q.Babayevin “Aqrar bölmədə özəl qrumların təşkili və iqtisadi əsasları” adlı əsərləri və s. nəşr olunmuşdur.

Xarici ölkə alimlərinin ən yeni elmi əsərləri və dərsliklərinin Azərbaycan  dilinə tərcüməsinə də xüsusi diqqət verilir. Pol Samuelson və V.Nordhauzun “Ekonomiks” dərsliyini refaratı tərcümə edilərək nəşr olunmuşdur. Son illər başqa əcnəbi dillərdən dərsliklərin tərcüməsi uğurla davam etdirilmişdir.

Kafedrada tədris prosesi ilə yanaşı, elmi-tədqiqat işləri sahəsində də ciddi iş aparılır. Bir çox doktorluq və namizədlik dissertasiya işlərinin müzakirəsi keçirilmiş və müdafiə olunması tövsiyyə edilmişdir.

“Nəzəri və praktiki iqtisadiyyat” kafedrası səmərəli tədris prosesini aparmaqla yanaşı, elmi-tədqiqat işlərini də yerinə yetirməklə özünəməxsus elmi istiqamət formalaşdırılmışdır.  2020-2022-ci illərə proqnozlaşdırılan plan-elmi tədqiqat işləri Azərbaycan iqtisadi gerçəkliyini əks etdirən daha müasir iqtisadi problemlərin tədqiqini əks etdirir. Beləki, 2020-ci ildən başlayaraq “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi aspektində strateji hədəflərin reallaşdırılmasının aktual problemləri” problemlərinin araşdırılması qarşıya məqsəd kimi qoyulmuşdur.

*

Elmi-tədqiqat işlərinin həyata keçirilməsi kafedrada həm yeni kadr potensialının yaranmasına və keyfiyyətinin yüksəlməsinə səbəb olmuş, həm İqtisada giriş, Mikroiqtisadiyyat, Makroiqtisadiyyat fənnləri üzrə mövcud olan mövzuların tədrisində istifadə olunmuş, həm də əldə olunan nəticələr, təklif və tövsiyələr kimi təhlili məruzələr şəklində müxtəlif iqtisadi orqan və təşkilatlara təqdim olunmuşdur. Nəticə etibarı ilə “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasında “İqtisadi nəzəriyyə” ixtisası üzrə makroiqtisadiyyat istiqamətində elmi məktəb formalaşmışdır. Kafedranın əməkdaşları Universitetin bütün fakültələrində tədrislə məşğul olur. Kafedranın bir sıra əməkdaşı həm Universitetdə, həm də Universitetdən kənarda məsul vəzifələrdə çalışırlar.

413/3/2020-ci il 15 sentyabr 2020-ci il əmrinə əsasən “Müəssisənin iqtisadiyyatı” kafedrası “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasına təhkim olunub.

“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasında – 5 professor (1-i məsləhətçidi),  18 dosent, 3 baş müəllim, 2 müəllim, 1 assistent, 3 böyük laborant, 1 laborant

*

Professor-müəllim heyəti:

  1. i.e.d.prof. Əliyev Ümüdvar Qənbər (kaf.müdiri) (0.5)
  2. i.e.d., prof. Manafov Qabil Nadir (0,5) [Magist.Mərkəzinin direkt.]
  3. i.e.d., prof. Qafarov Şamil Saleh
  4. i.e.d., prof. Nəbiyev Rasim Əmir
  5. i.e.n., dos. Əllazov Qəzənfər Sehvəddin
  6.  i.e.n., dos. Hacıyev Əli Vəli (0.5) (UNEC-in fəxri professoru)
  7. i.e.n., dos. Mehtiyev Azər Seyfalı
  8. i.e.n., dos. Məmmədov Akif Bəylər
  9. i.e.n., dos. Əliyeva Alina Məcid
  10. i.e.n., dos. Əmirova Fəridə Şamil
  11. i.e.n., dos. Sadıqov Namiq Ənvər
  12. i.e.n., dos. Rzayeva Şəhla Məhəmməd
  13. i.e.n., dos. Novruzova Azadə Qadir
  14. i.e.n., dos. Məmmədov Sahib Məmməd
  15. i.f.d., dos.  Gajiev Galib (0.5)(SOCAR)
  16. i.e.n., dos. Əliyeva Leyla Zakir
  17. i.e.n., dos. Eyvazova Nailə Kamal
  18. i.e.n., dos. Nəzərəliyev Sadiq Binyamin
  19. i.f.d., dos. Pənahova Günay Məhiş
  20. t.e.n., dos. Gözəlova Solmaz Muxtar qızı 
  21. tar.f.d., dos.Məmmədova Rəsmiyyə Mürsəl
  22. i.f.d., b/m. Abbasova Tamilla Cəlal
  23. i.f.d., b/m. Hüseynov Ərzuman Aydın
  24. müəl.  Ülviyyə Rəsul Rasim
  25. i.e.n., b/m. Mehdizadə Mehriban Mehdi (0.5)
  26. müəl. Rzayeva Xuraman İsmayıl (0.5)
  27. assistent Məcidova Səadət Mirağa

 

Məsləhətçi

i.e.d., prof. İbrahimov Eldar Rza (0,5) [MM-in Aqrar SK sədri]

*

Kafedra müəllimlərinin AKADEMİK PROFİLLƏRİ

Kafedra müəllimlərinin e-mail siyahısı

WordPress SEO - www.mersindugun.com - escort eskisehir - betasus güncel giriş -
betist güncel giriş
-

casinoslot güncel giriş

- sekabet güncel giriş -
dumanbet güncel giriş
- holiganbet yeni giriş -

timebet yeni giriş

-
casinomaxi.click
- klasbahis yeni giriş - Sağlık Personeli