16 dekabr 1942-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur.
1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirmiş və həmin ildən həmin institutun “Qeyri ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında pedaqoji fəaliyyətə başlamışdır.
1970-1973-cü illərdə əyani şöbə üzrə aspiranturada təhsil almışdır.
*
1975-ci ildə Moskva Kooperativ İnstitutunun ixtisaslaşdırılmış Elmi Şurasında “Süni gön və plyonka materiallarının çirklənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
100-dən çox elmi əsəri çap edilmişdir, o cümlədən 10 dərsliyin, 8 dərs vəsaitinin müəllifidir.
20.08.2020-ci il tarixində vəfat edib.