erzaq_sabir_fototex.e.n., dos. İsfəndiyarov Sabir Hüseynalı oğlu

1939-cu ildə anadan olmuşdur.

1963-cü ildə Azərbaycan Dövlət Universitetini Ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş,  1963-1967-ci illərdə təyinatla ixtisası üzrə işləmişdir. 1967-1970-ci illərdə istehsalatdan ayrılmaqla Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) «Ərzaq malları əmtəəşünaslığı» kafedrasında aspirant olmuşdur.
1971-ci ildə Tbilisi Dövlət Universitetində dissertasiya müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi elmi adı almışdır.

 

*

Aspiranturanı bitirdikdən sonra institutda saxlanılmış, «Ərzaq malları əmtəəşünaslığı» kafedrasında müəllim, baş müəllim, 1976-cı ildən dosent, 2001-ci ildən 2005-ci ilədək kafedra müdiri vəzifələrində işləyib.

Hazırda “İstehlak mallarının ekspertizası” kafedrasının dosentidir.

Ərzaq malları əmtəəşünaslığı ixtisası üzrə ali məktəb tələbələri üçün  5 dərslik və dərs vəsaiti, 15 metodik göstəriş və proqram,  əmtəəşünaslar üçün «Yeyinti məhsullarının soyuduculuq texnologiyası» dərsliyini və  85 elmi məqalə yazmışdır. 2 ixtiranın müəllifidir.