maharramov_mikailMəhərrəmov Mikayıl Əkpər oğlu

05.05.1950-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olmuşdur.

1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki  Universitetinin) texnologiya fakültəsini bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnmişdir.

1969-1974-cü illərdə “Azərkəndtexnika” İstehsalat Birliyinin Təmir-mexanika zavodunda çertyojçu, mühəndis – texnoloq və konstruktor vəzifələrində çalışmışdır.

1974-1981-ci illərdə Respublika “Azərkonservmeyvətərəvəz  sənaye” və “Azərmeyvətərəvəzsənaye” Birliklərinin layihə-texnoloji-konstruktor təşkilatlarında mühəndis, direktor, şöbə rəisi və baş mühəndis vəzifələrində işləmişdir.

1981-1986-cı illərdə Azərbaycan Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyində Elmi nailiyyətlərin, yeni texnikanın və qabaqcıl təcrübənin tətbiqi şöbəsinin müdiri və Texniki idarənin rəisi vəzifələrində çalışmışdır.

1986-1989-cu illərdə Respublika Dövlət Aqrar-Sənaye Komitəsində Konserv Sənayesi İdarəsinin baş mühəndisi, normalaşdırma, standartlaşdırma, metrologiya və təkrar xammal şöbəsinin müdiri və texniki şöbədə aparıcı mühəndis vəzifələrində işləmişdir.

1989-1990-cı illərdə Mockvadakı “TİS” KB-də ekspert, 1990-1991-ci illərdə isə “Azərbmeşə” İB-də aparıcı mütəxəssis və “Azərintermeşə” Assosiasiyasının baş direktoru vəzifələrində çalışmışdır.

 

 

*

1990-cı ildə M.V.Lomonosov adına Odessa Qida Texnologiyaları İnstitutunda texnika elmləri üzrə namizədlik, 2009-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetində doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi rütbəsi verilmişdir.

1991-1992-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun “Konservləşdirmə texnologiyası”  kafedrasının dosenti, 1992-1995-ci illərdə Təhsil Nazirliyində aparıcı və baş inspektor, nazir  məsləhətçisi vəzifələrində işləmiş, 1995-2015-ci illərdə Bakı Qida Sənayesi Kollecinin direktoru işləmişdir. Eyni zamanda 1994-cü ildən BƏKİ-nun və 2000-ci ildən 2017-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası”  kafedrasının dosenti vəzifəsində işləyib.

Respublika və keçmiş SSRİ Dövlət Aqrar-Sənaye Komitəsinin Elmi-Texniki Şurasının üzvü, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “Yeyinti və yüngül sənaye bölməsi”nin sədr müavini, “İqtisadiyyat” bölməsinin üzvü olmuşdur.

Respublikanın və xarici ölkələrin nüfuzlu elmi-texniki jurnallarında nəşr olunmuş 130-dan çox elmi məqalənin, 5 monoqrafiyanın (bunlardan 3-ü xarici ölkələrdə çap olunmuşdur)  və  2 dərsliyin müəllifidir.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser