UNEC-də “Xatirə ağacı”: Yarpaqlara həkk olunan Xocalı qurbanları

25 FEVRAL 2021 | VIEWS:
364

UNEC-in əsas tədris binasında Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə faciə qurbanlarının adları həkk olunan “Xatirə ağacı” ucaldılıb.

“Xatirə ağacı”nın yarpaqlarında Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca və qarı olmaqla, qətlə yetirlimiş 613 Xocalı sakinin adı həkk olunub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım nəticəsində 613 sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dərin hörmətlə anırıq!

*

https://news.unec.edu.az/xeber/125-universitet/7208-unec-de-xatire-agaci-yarpaglara-hekk-olunan-xocali-gurbanlari

365 3