UNEC ilə Qazaxıstanın Miras Universiteti arasında memorandum imzalanıb

01 OKTYABR 2021 | VIEWS:
247

Qazaxıstanın Miras Universitetinin  rektoru professor Bolat Mirzaliyev UNEC rektoru professor Ədalət Muradovla görüşüb.

Görüşdə professor Ədalət Muradov UNEC-in tədris prosesi, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. UNEC-in dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini, ikili diplom, mübadilə və birgə diplom proqramları həyata keçirdiyini diqqətə çatdırıb.

Professor Bolat Mirzaliyev Miras Universiteti barədə məlumat verdikdən sonra hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Müzakirələrdən sonra UNEC ilə Miras Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.

Memoranduma əsasən, hər iki universitet arasında müəllim, tələbə, magistr və doktorantların mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, ikili diplom və birgə dərəcəli proqramların tətbiqi, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

*

https://news.unec.edu.az/xeber/125-universitet/7848-bold-red-unec-ile-gazaxistanin-miras-universiteti-arasinda-memorandum-imzalanib-bold-red

248 1