UNEC-in Zaqatala filialında 20 Yanvar şəhidləri anılıb

UNEC-in Zaqtala filialında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilən ‘Milli qürur günü” mövzusunda konfrans keçirilib.

Konfransdan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zaqatala filialının direktoru, professor Orucəli Rzayev 20 Yanvar hadisələrinin tarixi haqqında tədbir iştirakçılarına məlumat verib, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. O.Rzayev 20 Yanvar faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə UNEC-in müəllimi Aqil Məmmədov, Zaqatala filialının “Ümumi fənlər” kafedrasının baş müəllimi Rəna Əliyeva və Xəzangül Babayeva 20 Yanvar faciəsi haqqında fikirlərini bölüşüb, Azərbaycan xalqının şəhidlərin xatirəsini unutmayacağını vurğulayıblar.     

Çıxışlardan sonra 20 Yanvar  faciəsinə həsr olunan film nümayiş etdirilib. Tələbə-gənclərin hazırladıqları şeir kompozisiyaları səsləndrilib.

*

1-WhatsApp Image 2017-01-19 at 12.49.37 (1) 1-WhatsApp Image 2017-01-19 at 12.49.37

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser