UNEC rektoru canlı yayıma çıxacaq: 25 aprel

22 APREL 2020 | VIEWS:
454

Karantin dövründə UNEC rəhbərliyinin tələbə, müəllim, əməkdaş, eləcə valideynlərlə canlı əlaqəsinin qurulması, “Açıq qapı” ənənəsinin davam etdirilməsi və müraciətlərin dinlənilməsi məqsədilə rektor, profesor Ədalət Muradov Facebook üzərindən canlı yayıma çıxacaq.

Rektor canlı yayımda müraciətləri cavablandırmaqla yanaşı, karantin dövründə universitetdə tətbiq olunan yeniliklər barədə də məlumat verəcək.

Canlı yayım 25 aprel saat 11:00-da UNEC-in rəsmi Facebook (https://www.facebook.com/unecedu/) səhifəsi üzərindən aparılacaq. Müraciət etmək istəyənlər suallarını canlı yayım zamanı ünvanlaya bilərlər.

http://news.unec.edu.az/xeber/125-universitet/6336-bold-red-unec-rektoru-canli-yayima-chixacag-25-aprel-bold-red

455 1