biz_servinazi.e.n., dos. Xanlarzadə Sərvinaz Məmmədhəsən qızı

4 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1982-1992-ci illərdə Bakl şəhəri 182 saylı orta məktəbdə təhsil almışdir.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr dərəcəsini;
1999-cu ildə həmin Universitetin magistratura pilləsini bitirmişdir.

2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildə iqtisad elmləri namizədi diplomu verilmişdir.

1998-ci ildə Azərbaycan Maliyyə İqtisad Kollecində böyük mühəndis;
1999-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Menecment və sahibkarlıq fəaliyyəti” kafedrasının böyük laborantı;
2000-2001-ci illərdə İqtisad Universitetinin “Menecment və sahibkarlıq fəaliyyəti” kafedrasının müəllimi;
2001-2012-ci illərdə “Biznesin təşkili” kafedrasının müəllimi, baş müəllimi olmuşdur.

*

2012-2017 ci illərdə  İqtisad Universitetinin “Biznesin idarə edilməsi” kafedrasının dosenti olmuşdur.

2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.

UNEC-in Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin rəhbəridir.

Milli iqtisadiyyatın aktual problemlərinə aid 30-dan çox elmi əsərləin, o cümlədən 1 kitab, 2 monoqrafiyanın müəlifidir, dərslik və dərs vəsaitinin həmmüəlifidir.

Ailəlidir, iki övladı var.

IMG_1576IMG_1792IMG_1807scan 112scan 113scan 114scan 116scan 119

 

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

dos. S.Xanlarzadə UNEC NEWS-da