СнимокAbdalova Mətanət Əli qızı

1974-сü il aprel ayının 15-də anadan olmuş, Sumqayıt şəhərində yaşayır.

1991-ci ildə Azərbaycan Sənaye İnstitutunun axşam bölməsinə qəbul olmuşdur. İxtisas: “Ətraf mühitin mühafizəsi və təbii sərvətlərin səmərəli istifadə olunması”. 1997-ci ildə universiteti qırmızı diplomla bitirmişdir.

Ali təhsil aldığı müddətdə ASİ-nun nəzdində İxtisasartırma Kursunda dispetçer (1991-1994 illər), Azərbaycan Boru-Prokat zavodunun nəzdində Kadr hazırlığı şöbəsində instruktor vəzifəsində çalışıb (1994-1998 illər).

1998-ci ildən AMEA-nın İqtisadiyyat İnstitutunda “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsində çalışır.O, 2001-ci ilə qədər kiçik elmi işçi, 2004-cü ilə qədər elmi işçi, 2008-ci ilə qədər X dərəcəli elmi işçi, 2017-ci ilə qədər XII dərəcəli elmi işçi vəzifəsində işləyib.

 

2017-ci ildən böyük elmi işçidir. Eyni zamanda İqtisadiyyat İnstitutunun economics.com.az saytının rus səhifəsinin redaktorudur. İşlədiyi müddətdə M.Ə.Abdalovanın 25 elmi məqalə və tezisi nəşr olunmuş. O, beynəlxalq və respublika səviyyəli müxtəlif elmi-praktik konfranslarda iştirak etmişdir.

Məqalələrdən biri kollektiv monoqrafiya formasında, üçü isə Rusiyada və Ukraynada nəşr olunub. Hal-hazırda şəxsi monoqrafiyası üzərində çalışır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 18 oktyabr 2017-ci il tarixli qərarı ilə M.Ə.Abdalovaya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. (Dissertasiyanın mövzusu: “Sumqayıt şəhərində sənayenin innovasiya yönümlü inkişafı və strukturunun təkmilləşməsi istiqamətləri”).

2018-ci ilin sentyabr ayından Rus İqtisad Məktəbinin müəllimidir.

Ailəlidir. İki övladı var.