Beynəlxalq İqtisadiyyat Məktəbində açıq dərslərə start verilib

07 NOYABR 2016 | VIEWS:
3175

Noyabrın 7-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində açıq dərslərə start verilib.

İlk dərsi Xarici dillər kafedrasının müəllimi Aysel Xəlilova “Mədəniyyət” mövzusunda keçib. Maliyyə ixtisası üzrə təhsil alan tələbələrə dərs zamanı ölkələrin mədəniyyətləri, adət-ənənləri, milli atributları barədə məlumat verilib. Sonra Azərbaycanın və digər ölkələrin mədəniyyətinə aid təqdimatın hazırılanması tapşırılıb. Tələbələrin qrup şəklində hazırladıqları təqdimatlar maraqla dinlənilib.

Fakültə rəhbərliyi və müəllimlərin marağına səbəb olan açıq dərslər davam edəcək. Dərslər UNEC-in rəsmi youtube kanalında və unec.edu.az saytında yerləşdiriləcək.

3176 3