“Doğma universitetimin bu günü ilə qürur duyuram!”

10 İYUL 2017 | VIEWS:
3198

UNEC-in bir qrup müəllimi təqaüdə yola salınıb.

UNEC-in rektoru, professor Ədalət Muradov həmin müəllimlərlə görüşdə onların uzun illərdir iqtisadçı mütəxəssislərin hazırlanmasında əvəzsiz xidmətləri olduğunu bildirib. Onların eyni zamanda universitetin ictimai-siyasi həyatında da fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Əməkdar müəllimlər, UNEC-in fəxri professorları Şakir Bədəlov, Rafiq Bəşirov, Asif Kərimov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Qəmbər Əliyev və baş müəllim, UNEC-in fəxri dosenti Rəfiqə İbrahimova UNEC-də həyata keçirilən yenilikləri yüksək qiymətləndirərək, bu ali təhsil ocağının qısa zamanda beynəlxalq reytinqlərdə yer almasından, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq etməsindən qürur duyduqlarını bildiriblər. Əməkdar müəllim, UNEC-in fəxri professoru Asif Kərimov bu ali təhsil ocağının son 50 ilindən söz açaraq, “doğma universitetimin bu günü ilə qürur duyuram”, deyə bildirib.

UNEC rektoru onların daima doğma kollektivlə dostluq əlaqələrini qoruyub saxlayacaqlarına əminliyini ifadə edib.

Görüşün sonunda müəllimlər universitetin inkişafına verdikləri töhfələrə, gənc nəslin yetişməsində, peşəkar mütəxəssilərin hazırlanmasında nümunəvi xidmətlərinə və səmərəli elmi pedaqoji fəaliyyətlərinə görə fəxri fərmanla təltif ediliblər.

3199 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser