Əcnəbi vətəndaşların ümumi qəbul qaydaları

Müraciət forması 

Əcnəbi tələblərin qəbulu  elektron formada həyata keçirilir. Bütün namizədlər www.kabinet.unec.edu.az internet səhifəsi vasitəsilə müraciət etməlidirlər.

 

Qəbul üçün lazım olan sənədlər:

  Online qaydada müraciət edən namizədlər aşağıdakı sənədləri öz səhifələrində yükləməlidirlər

  Bakalavr pilləsi üçün

  1. Attestatın surəti
  2. Pasportun surəti
  3. Foto-şəkil 3×4 8 ədəd
  4. Tərcümeyi hal
  5. UNEC rektoruna ünvanlanmış müraciət məktubu

 

Magistratura pilləsi üçün

 

  1. Bakalavr diplomunun, qiymət cədvəlinin və diploma əlavələrinin surəti

Qeyd: Yuxarıda göstərilən sənədlərin hər biri öz ölkələrinin Xarici İşlər Nazirliyi tərəfindən appostil olunmalıdır!!!

  1. Pasportun surəti
  2. Foto-şəkil 3×4 8 ədəd
  3. Tərcümeyi hal
  4. UNEC rektoruna ünvanlanmış müraciət məktubu

*

*
Doktorantura pilləsi üçün

  1. Bakalavr və magistr diplomlarının, qiymət cədvəlinin və diploma əlavələrinin surəti

Qeyd: Yuxarıda göstərilən sənədlərin hər biri öz ölkələrinin Xarici İşlər Nazirliyi tərəfindən appostil olunmalıdır!!!

  1. Pasportun surəti
  2. Foto-şəkil 3×4 8 ədəd
  3. Tərcümeyi hal
  4. UNEC rektoruna ünvanlanmış müraciət məktubu

 

Qəbul prosesinin növbəti mərhələsində, ümumi qəbul qaydalarına əsasən bütün beynəlxalq müraciətçilərin  sənədləri yoxlanılır və sənədləri qaydasındadırsa, növbəti mərhələdə Azərbaycan  Dövlət İqtisad Universitetinə qəbul haqqında Sizə dəvət  məktub göndəriləcəkdir. Dəvət məktubu alan bütün namizədlər təhsil vizası ilə Azərbaycana gəlməli və sənədlərin əslini UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinə təqdim etməlidirlər.  Sənədlərin əslini təqdim edən namizədlərlə seçdiyi ixtisas üzrə müqavilə bağlanır və müqaviləyə əsasən  ödənişli əsaslarla təhsil alan əcnəbi tələbələr təhsil haqqını ödəyərək UNEC tələbəsi adını qazanır.