telebe_rektor16

Əsədov Cavanşir Yaşar oğlu

26 dekabr 1995-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə 132-134 nömrəli təhsil kompleksinin məzunu olub. Azərbaycan Dövlət İqtisad Universitetinin biznes inzibatçılığı fakültəsinə daxil olub. Universitetin ictimai işlərində fəal iştirak edib. Bir neçə layihənin təşkilatçısı, o cümlədən turnirlərin qalibidir.

*
*

I kursda ideya müəllifi və iştirakçısı olduğu “Biznesdar” layihəsi UNEC-də ilin ən yaxşı layihəsi seçilib. 2014-cü il “Sənaye ili” çərçivəsində “Sənaye və tələbə” müsabiqəsinin qalibidir. 2014-cü il “Sənaye ili” çərçivəsində “Sənaye və tələbə” müsabiqəsinin qalibidir. 2015-ci ildə UNEC-də keçirilən “Tələbə-rektor” seçkilərinin nəticəsinə əsasən 601 səs çoxluğu ilə qalib olub. Əsasnaməyə uyğun olaraq, qalib namizəd universitetin Elmi Şurasında elan edilib və fəaliyyəti təsdiqlənib. Qaydalara əsasən tələbə-rektor fəaliyyəti müddəti ərzində həm də elmi şuranın üzvü sayılır.