turk_ferrux06_nFerruh Tuzcuoğlu

Ferrux Tuzcuoğlu 1969-cu il yanvarın 1-də Türkiyə Respublikasının Adapazarı şəhərində ziyalı ailəsində anadan olub.

Ferrux Tuzcuoğlu bakalavr təhsilini 1992-ci ildə Ankara Universitetinin “Dövlət İdarəçiliyi” fakültəsində alıb, 1995-ci ildə Süleyman Dəmirəl Universitetində eyni ixtisas üzrə magistratura təhsilini tamamlayaraq, 2002-ci ildə “Dünyada və Türkiyədə Metropol Anlayışı ve Metropollerin İdarəedilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2014-cü ildə Türkiyə Respublikası Ali Attestasiya Komitəsi tərəfindən dosentlik dərəcəsi alıb. 30-a yaxın beynəlxalq elmi işin, bir monoqrafiya və iki dərsliyin müəllifi olub, 2012-2013-cü illərdə ABŞ-da Pennsilvaniya Universitetində tədqiqat aparıb. Bir çox beynəlxalq layihələrdə koordinator vəzifəsini icra edib.

AMEPPA: Orta Asiya Dövlət Siyasəti və İdarəçilik Mərkəzi, EuPRA: Avropa Sülh Araşdırmaları Cəmiyyəti, IPRA: Beynəlxalq Sülh Araşdırmaları Cəmiyyəti kimi nüfuzlu   elmi cəmiyyətlərin üzvüdür.

Fərrux Tuzcuoğlu əmək fəaliyyətinə 1996-cı ildən Sakarya universitetində başlayıb, universitet nəzdində fəaliyyət göstərən Akyazı kollecində program rəhbəri (1996-1997), Geyve kollecində kafedra müdiri (2004-2005) və müdir (2005-2011), Sakarya universitetində dekan müavini (2014-2015) və  kafedra müdiri vəzifələrini icra edib. 2018-ci ilin iyuluna kimi Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsində dekan vəzifəsində çalışıb.

Ailəlidir, bir övladı var.

DSC_48341-IMG_7362DSC_9564DSC_9571DSC_9573DSC_8808

Ferruh Tuzcuoğlu UNEC NEWS-da

“Xarici bazara çıxışın logistik təminatı: strateji yol xəritəsinin hədəfləri” (08.11.2017)
Ferrux Tuzcuoğlu: ”Türkiyənin nüfuzlu universitetləri UNEC-lə əməkdaşlıqda maraqlıdır”
 (26.04.2017)
UNEC gənclərin xəyallarındakı universitetə çevrilmək istiqamətində uğurla irəliləyir (525.az – 26.01.2017)
UNEC alimləri Beynəlxalq Sülh Tədqiqatları Assosiasiyasına üzv seçiliblər (06.12.2016)
Ferrux Tuzcuoğlu: UNEC modern gəncin xəyallarındakı universitetə çevrilmək istiqamətində uğurla irəliləyir
 (25.11.2016)

ferrux4-20 at 12.37.39??????????????????????????????????????????????????????????????

4617 1