1960-cı il sentyabrın 12-də Bakı şəhərində аnаdаn оlmuşdur.
1977-ci ildə Аzərbаycаn Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və həmin institutu bitirmişdir.
1981-1984-cü illərdə İsmayıllı rayonu Qubaxəlilli kənd orta məktəbində çalışmışdır. 1985-ci ildən AMEA-da işləmişdir.
1989-cu ildən 1992-ci ilədək Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda baş laborant, müəllim vəzifələrində çalışmışdır.
1993-cü ildən 2021-ci ilin dekabrına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasında çalışıb. 2008-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
5 kitabın, 25 məqalə, proqram və metodik vəsaitin müəllifidir.
2021-ci ilin dekabrında vəfat edib.