Həyatını vətəninə həsr edən Lider

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin universitetdə ucaldılan büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev Ulu Öndərin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolundan danışıb. Bildirib ki, Heydər Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik dövrünü əhatə edən tarixinin simvoluna çevrilib: “O, böyük siyasət üçün yaranan təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən mahir siyasətçi idi”. O.Rzayev Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasətin bu gün onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

*

*

Tədbirdə “Ümumfənlər” kafedrasının müdiri, dosent Həqiqət Qədimova
“Həyatını vətəninə həsr edən Lider” mövzusunda çıxış edib.

Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.