mal_tun_fotoi.e.n., dos. Qurbanova Tünzalə Tofiq qızı

1978-ci il avqustun 2-də Zaqatala rayonu Sumaylı kəndində anadan olmuşdur.

1985-1995-ci illərdə Zaqatala rayonu Sumaylı kənd orta məktəbində təhsil almışdır.

1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsini;
2001-ci ildə İqtisad Universitetinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirərək, Maliyyə-kredit ixtisasına yiyələnmişdir.

2001-ci ildə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda  aspiranturaya daxil olmuşdur.

2007-ci ildə 08.00.01 – “İqtisadi nəzəriyyə” ixtisası üzrə iqtisad elmləri namizədi  alimlik dərəcəsi adını almışdır.

 

 

*
1999-cu ildə əmək fəaliyyətinə  BBU-da laborant və 0,5 ştat müəllim vəzifəsi ilə başlamışdır.

2003-2007-ci illərdə həmin Universitetdə baş müəllim;
2007-2009-cu illərdə Bank of Azerbaycan ASC-də  hüquqi şəxslərə xidmət üzrə mütəxəssis; Azərbaycan Milli Elmlər Akademiyası  İqtisadiyyat İnstitutunun «Maliyyə, pul-kredit siyasəti» şöbəsində böyük elmi işçi vəzifələrində çalışmışdır.

Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim vəzifələrində işləyib.

Hazırda UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

Maliyyə-büdcə problemlərinə dair 1 dərslik, 2 dərs vəsaiti, 8 metodik göstəriş və tədris proqramının, 17  elmi məqalənin  müəllifidir.

2016-cı ilin dekabrında UNEC-dəki səmərəli elmi-pedaqoji və əmək fəaliyyətləri nəzərə alınaraq təşəkkür elan edilmişdir.

İki övladı var.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

*
Dos. T.Qurbanova UNEC NEWS-da