rauf3105651_4626356983558295636_ni.e.n., dos. Quşxani Rauf Nəsir oğlu

1953-cü ilin avqustun 1-də Azərbaycan Respublikasının Şamaxı şəhərində anadan olmuşdur.

1972-ci ildə orta məktəbi bitirmişdir.

1973-cü ildə D.Bünyadzadə adına Xalq Təssərrüfatı İnstitutunun Mühasibat uçotu fakültəsinə daxil olmuşdur.

1977-ci ildə həmin institutu bitirmiş və verilmiş təyinata uyğun olaraq Məişət Xidməti nazirliyinin Bakı şəhəri idarəsinin nəzdində fəaliyyət göstərən “Bahar” kombinatına mühasibat vəzifəsinə qəbul edilmişdir.

1977-ci ilin sentyabrında MXN-nın layihə-konstruktor texnoloji inistitutuna Texniki-iqtisadi axtarışlar şöbəsinə mühəndis-iqtisadçı;
1979-cu ilin sentyabr ayının 25-də həmin şöbənin baş mühəndisi;
1980-cı ilin sentyabr ayının 16-da isə bölmə müdiri vəzifələrində işləmişdir.

1986-cı ilin may ayının 30-da AR Dövlət Plan Komitəsi yanında fəaliyyət göstərən İqtisad elmi-tədqiqat institutuna Sosial inkişaf problemlərinin planlaşdırılması şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur.

1986-cı ilin sentyabrında Moskva şəhərində yerləşən Rusiya Fedrasiyasının Məişət Xidməti Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Kimya-texnoloji elmi tədqiqat” inistitutunun qiyabi aspiranturasına daxil olmuşdur.

1989-cu il fevralın 28-də elmi işini müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

1990-cı ilin fevralın 2-də Azərbyacan Respublikası Dövlət Plan Komitəsi yanında fəaliyyət göstərən Normativ Tədqiqat bürosuna direktorun müavini vəzifəsinə təyin olunmuşdur.

 

 

 

*

1990-cı ilin may ayının 10-da Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyinin “Yeni iqtisadi metodların istehsalata tətbiqi” şöbəsinə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. 1990-cı ilin sentyabrın 10-da həmin idarənin rəis müavini və nazirlikdə mərkəz direktoru müavini vəzifəsinə təyin olunmuşdur. 1992-ci ilin iyul ayının 27-dən həmin mərkəzin direktoru vəzifəsinə təyin olunmuşdur. 30.06.97-ci ildə Konsern ləğv edildikdən sonra tutduğu vəzifədən azad olmuşdur. 29.08.1997-ci ildə “Yardımçı mallar” müəssisəsinə iqtisadi məsələlər üzrə Baş direktorun müavini vəzifəsinə təyin olunmuşdur. 07.08.1998-ci il tarixində Azərbaycan Texniki Universitetində baş iqtisadçı vəzifəsinə təyin olunmuşdur.
27.01.2000-ci ildə həmən universitetin Maddi-texniki təchizat şöbəsinin müdiri işləmişdir.

12.01.2002-ci ildən “Sənaye iqtisaiyyatı və menecment” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.

2002-2017-ci illərdə “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti olub.

Hazırda UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.

Ailəlidir, bir övladı və iki nəvəsi var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

DSC_8436-001DSC_7777-001coggg0ac3d5ededd8adnan_3222

Elmi məqalə müsabiqəsinin qaliblərini tanıyın (10.11.2017)