ilqar_seyfullayevi.e.n., dos. Seyfullayev İlqar Zülfüqar oğlu

5 noyabr 1967-ci ildə Biləsuvar rayonunun Əmənkənd kəndində anadan olmuşdur.

1984-1991-ci illərdə Moskva Dövlət İdarəetmə Akademiyasında təhsil almış və idarəetmənin təşkili üzrə mühəndis-iqtisadçı ixtisasını almışdır.

Əmək fəaliyətinə 1991-ci ildən Moskvada “Poisk” kiçik müəssisəsində “İnformasiya təminatı” şöbəsinin rəhbəri kimi başlamışdır. 1992-ci ildən Azərbaycan Texniki Universitetinin “Sənaye İqtisadiyyatı və Menecment” kafedrasında baş laborant, assistent, baş müəllim və dosent, 1996-2003-cü illərdə həmin universitetin “Mühəndis Biznesi və Menecment” fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifələrində çalşmışdır. 2003-cü ildən hal-hazıradək həmin kafedrada 0,5 ştatda olmaqla elmi-pedaqoji fəaliyyət göstərir.

2003-2006-cı illərdə Sənaye və Energetika Nazirliyinin “İqtisadiyyat” şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmiş, həmin dövrdə Asiya İnkişaf Bankının “Alternativ enerji mənbələrindən istifadə” üzrə layihələrində iqtisadiyyat və maliyə məsələləri üzrə milli ekspert kimi fəaliyyət göstərmişdir.
2006-2010-cu illərdə “Azərikimya” Dövlət Şirkətinin Marketinq İdarəsində rəis müavini vəzifəsində çalışmışdır.
2011-2016-cı illərdə Vergilər Nazirliyinin Tədris Mərkəzində “İqtisadiyat və Menecment” kafedrasının dosenti, “Elmi-tədqiqat” bölməsinin rəisi və Mərkəzinin təhsil işləri üzrə rəis müavini vəzifələrində çalışmışdır.
2016-cı ildə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Digər xidmət sahələrində audit idarəsinin 2-ci şöbəsinin  dövlət vergi müfəttişi vəzifəsində işləmişdir.
2016-2018-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Plan-iqtisad şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

 

*

2018-ci ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İqtisadiyyat və İdarəetmə” kafedrasının dosenti, noyabr ayından isə həmin kafedranın maliyyə və mühasibat ixtisasları üzrə proqram rəhbəri vəzifəsində çalışır.

15.09.2020-ci ildə Beynəlxalq magistratura və doktorantura mərkəzinin Doktorantura şöbəsinin əvəzçiliklə müdiri (0,5) vəzifəsinə təyin edilmişdir.

1999-cu ildə “Məhsulun rəqabətqabiliyyətinin yüksəldilməsi yolları” (Azərbaycanın məişət texnikası sahəsinin timsalında) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və 2000-ci ildə 08.00.05 – Xalq təsərrüfatının iqtisadiyyatı, planlaşdırılması və təşkili – ixtisası üzrə iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

2018-ci ildən Azərbaycan Texniki Universitetinin “Sənaye İqtisadiyyatı və Menecment” kafedrasının doktorantıdır (elmlər doktoru üzrə) və “Azərbaycanda sənayenin innovasiyalar əsasında inkişafının institusional problemləri” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

Xarici və yerli elmi jurnallarda nəşr olunmuş 55-dən çox elmi məqalənin müəllifidir.

“Sahibkarlığın əsasları” (2000), “Marketinq” (2011) adlı dərs vəsaitlərinin müəllifi, “Vergi və investisiya mühiti” (2013) və “Vergi və tərəqqi” (2015) adlı kitabların (tədqiqatların) həmmüəllifidir.