DSC_9970i.e.d., prof. Məmmədov Elşad Yaqub oğlu

16 dekabr 1976-cı ildə Bakı şəhərində anadan olub.

1992-ci ildə Bakı şəhəri 42 saylı məktəbi qızıl medalla bitirib.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya və Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1999-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində böyük laborant, 2004-2007-ci illərdə baş müəllim, 2007-2015-ci illərdə dosent vəzifələrində işləyib.

2007-2015-ci illərdə Kommersiya fakültəsində dekan müavini vəzifəsində çalışıb.

2007-2015-ci illərdə həmçinin Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin məsləhətçisi vəzifəsində çalışıb.

2003-cü ildə qərargahı İsveçrədə  yerləşən Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) eksperti, həm də 2002-2003-cü illərdə Respublikada elektron ticarətin (e-commerce) tətbiqinə dair işçi qrupun rəhbəri olub.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib və 2004-cü ildə ona Respublika Prezidenti Yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə iqtisad elmləri namizədi elmi dərəcəsi verilib.
2008-ci ildə AAK-nın qərarı ilə dosent attestatı  təqdim edilib.

2014-cü ilin 23 may tarixində Milli Elmlər Akademiyasının İqtisadiyyat  İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında  iqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib və AAK-nın Rəyasət heyətinin 13 mart 2015-ci il tarixli qərarı ilə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi verilib. Hazırda Azərbaycan Respublikasında ən gənc iqtisad üzrə elmlər doktoru, professordur.

2015-ci il may ayının 1-dən 2018-ci ilə kimi İqtisad Universitetinin “Ticarət və gömrük işinin təşkili” kafedrasının professoru olub.
Hazırda UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının professorudur.

Azərbaycan Milli Elmlər Akademiyası(AMEA)-nın İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən iqtisad üzrə elmlər doktoru (i.e.d.) və iqtisad üzrə fəlsəfə doktoru (i.ü.f.d.) elmi dərəcələri üzrə dissertasiya müdafiələri təşkil olunan Dissertasiya Şurasının üzvü, həmin şuranın nəzdində fəaliyyət göstərən Elmi Seminarın sədridir. UNEC-in Tədris-Metodiki Şurasının üzvüdür. 2017-ci ilin yanvar-may aylarında həmçinin Qərb Universitetində (WU) elmi işlər üzrə prorektor, professor, həmin  Universitetin “Elmi Xəbərlər” jurnalının baş redaktoru  vəzifələrində işləyib.

2018-ci ildən Rus İqtisad Məktəbinin direktor müavinidir.

17 iyul 2019-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin Qərarı ilə Elşad Məmmədova “Professor” elmi adi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

09 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai Şurasının üzvüdür. 2021-ci ilin martında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri seçilib.

8 monoqrafiyanın, 3 dərsliyin, 2 dərs vəsaitinin, 200-ə yaxın, o cümlədən 100-ü beynəlxalq və, o cümlədən beynəlxalq sitat bazalarına daxil olan elmi nəşrlərin müəllifidir. Həmçinin Kütləvi İnformasiya Vasitələrində(KİV) minlərlə çıxışın müəllifidir. O, eyni zamanda bir sıra yerli və xarici KİV-lərin iqtisadi təhlilçisi və icmalçısıdır.

Ailəlidir, iki övladı var.