stan_foto_taranaMusayeva Təranə Tahir qızı

20.12.1979-ci ildə anadan olmuşdur.

1986-1996-cı illərdə 1 N-li Dəmiryolu orta məktəbində təhsil almışdır.

1996-2000-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək Qeyri-ərzaq mallarının əmtəəşünaslığı ixtisasına yiyələnmişdir.

2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasını Qeyri-ərzaq mallarının əmtəəşünaslığı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi almışdır.

2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində 2005-ci ilədək  “Standartlaşdırma və sertifikasiya” kafedrasında böyük laborant vəzifəsində işləmiş və saathesabı  dərs yükü aparmışdır.  2008-ci ildən 2017-ci ilə kimi “Standartlaşdırma və sertifikasiya” kafedrasında müəllim vəzifəsində çalışıb.

2012-ci ildən fəlsəfə doktoru proqramı üzrə “Разработка системы менеджмента качества продукции на предприятиях Азербайджана на основе международных стандартов” adlı dissertasiya  mövzusu ilə kafedranın dissertantıdır.

2004-2016-ci illərdə – 38  məqalə, tezis,  1 dərs vəsaitinin həmmüəllif  və 4 tədris proqramının müəllifidir.

2012-ci ildəMüasir laboratoriyaların keyfiyyət menecmenti” adlı praktik seminarın iştirakçı sertifikatı almışdır. (Moskva, ROSSTANDART)

 

 

 

 

 

*

2013-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərinin hazırlanmasında və keçirilməsində xüsusi ictimai-siyası fəaliyyətinə görə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail təşkilatının Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2013-cü ildə Ankara şəhərində Gazi Universitetində “Mövlanə Mübadilə Proqramı”  üzrə təcrübə keçmiş və sertifikatla təltif olunmuşdur.

2014-cu ilin aprel-iyun aylarında  Təhsil Nazirliyinin sifarişi ilə İqtisad Universitetinin təşkil etdiyi Orta ixtisas təhsili müəssisələrinin müəllimləri  üçün “Tyutor hazırlığı”  təlim proqramında təlimçı olub.

2014-cu ilin iyul  ayında  Təhsil Nazirliyinin sifarişi ilə İqtisad Universitetinin təşkil etdiyi Orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün “Kredit sistemi ilə tədrisin təşkili”  adlı təlim proqramında təlimçı olub.

2015-ci ilin yanvar-mart aylarında Gəncə şəhərində Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetləri üçün “Tyutor hazırlığı” təlim proqramını təşkil etmiş və təlim keçirərək universitetlərin rektorları tərəfindən Fəxri Fərman və Təşəkürnamə ilə təltif olunmuşdur.

14.11.2017-ci ildə öz təşəbbüsü ilə işdən azad edilib.

SAM_1633 [1600x1200]-001 DSC_8454DSC_0007