Növbəti informasiya turu: AYAN MMC

06 NOYABR 2015 | VIEWS:
3668

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələrinin korporativ sektora informasiya turları davam edir. Noyabrın 6-da UNEC-in müəllim və tələbələri “AYAN MMC”nin müəssisələri ilə tanış olublar.

Şirkət rəhbərliyi müəllim və tələbələrə şirkətin tarixi və karyera imkanları haqda geniş məlumat verib. İstehsal sahələri və müasir laboratoriyalar nümayiş etdirilib. Tələbələr şirkət məhsullarının yoxlanılması, məhsulların dizayn edilməsi və qablaşdırılması ilə tanış olublar.

Sonda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara şirkətin xüsusi hədiyyələri təqdim edilib.

Qeyd: UNEC-də korporativ sektora informasiya turlarının məqsədi ölkənin aparıcı şirkətlərini yaxından tanımaq, onların karyera imkanları və müasir texnologiyaları barədə məlumat əldə etməkdir. Turların təşkili tədris ilinin sonuna kimi davam etdiriləcək. Bu müddət ərzində müəllim-tələbə heyətinə digər nüfuzlu şirkətlərlə yaxından tanış olmaq imkanı yaradılacaq.

3669 4