“Onu tanrıdan dilənmişdik…” – Şəhid əsgərimizin anası…

13 DECEMBER 2016 | VIEWS:
1247

Tural Dadaşov çoxlarına tanışdı: aprel döyüşlərimizin qəhrəmanı. Tural Sabir oğlu Dadaşov 1993-cü il avqustun 24-də Bakıda anadan olub. Tural Dadaşov Nizami rayonunda 210 saylı orta məktəbi bitirib. 2015-ci ildə isə İqtisad universitetinin kommersiya fakulitəsini bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Moderator.az aprel Şəhidlərimizlə bağlı növbəti yazını təqdim edir.

Bizi Şəhidimizin valideynləri Sabir bəy, Kəmalə xanım və qardaşı Fərid qarşıladı. Evə dəvət alıb divanda əyləşdik. Kəmalə xanım tez mətbəxə keçib çay hazırlamağa başladı. Otaqda elə ilk diqqətimizi çəkən Turalın fotoları oldu. Hər tərəfdə Turalın böyüdülmüş fotoları və albomu qoyulmuşdu. Söhbətimizə Şəhidimizin atası Sabir atayla başladıq:

“Dedim ki, əgər qəbul olunsan, sənə avtomobil alacam…”

“Tural universitetə sənəd verəndə dedim ki, əgər ödənişsiz fakulitəyə qəbul olunsan, sənə avtomobil alacam. Elə də oldu Tural iqtisad universitetinin kommersiya fakulitəsinə qəbul olundu. Mən də sözümün üstündə durub ona “Mercedes” markalı avtomobil hədiyyə etdim. Amma, onun belə olmağı bizim üçün çox böyük zərbədi, hara getsək bu dərd bizimlədir. O, hərbi xidmətdə olanda telefonla əlaqə saxlayırdı. Amma, istəmirdi ki, yanına gedək. Tərtərin Marquşavan kəndində xidmət edirdi. Axırıncı dəfə martın 28-də telefonla danışdıq. Bizə dedi ki: “Mingəçevirə təlimə gedirik ola bilsin ki, zəng vura bilmədim. Narahat olmazsınız sonra özüm zəng vuracam”. Aprelin 8-ə qədər heç nədən xəbərimiz olmayıb. Aprelin 8-i günü bizə xəbər gəldi ki, Tural Şəhid olub”.

Söhbətin bu yerində Şəhidimizin anası Kəmalə xanım mətbəxdən çayı gətirib masaya qoyur. Bizi də dəvət edir ki, masada əyləşək. Şəhidimizin anası Turalla bağlı gecə-gündüz danışsaq da, söhbət bitməz deyir:

“Yeddi il övladımız olmadı…”

“Turalı biz Allahdan dilənmişdik. 1985-ci ildə ailə quranda 7 il övladımız olmadı. Tural səkkizinci il dünyaya gələrək hamımızı sevindirdi. Çox zəhmətkeş uşaq idi, tələbə olanda gecə gedib kafedə qəlyançı işləyirdi. Bizdən bir manat da almırdı, hələ lazım olanda evə özü köməklik edirdi.  Arzularımız var idi, hərbi xidmətdən sonra Türkiyəyə magistraturada oxumağa gedəcəkdi.

“İndi onunla bağlı bircə arzum adının əbədiləşdirilməsidir…”

Nizami rayon icra hakimiyyəti bizə çox qayğı göstərir. Yas mərasimində deputatımız Rövnəq Abdullayev özü üç dəfə iştirak etdi. İndi onunla bağlı bircə arzum adının əbədiləşdirilməsidir. Tural Şəhid olandan sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli və “Vətən övladı” medalları ilə təltif edilib. Mənim özüm isə “Mehriban ana” medalı ilə təltif edilmişəm. İnanırıq ki, küçə adı və ya oxuduğu məktəbə Turalın adı veriləcək. Mən keçən dəfə də demişdim ki, aprel Şəhidlərinin xatirəsinə abidə ucaldılsın və bizi bir yerə yığsınlar.  İndi həyatımda hər şey Turalla bağlıdı. Hara getsəm, elə onu düşünürəm. Yuxularıma tez-tez gəlir. Evdə ikinci oğlum Fəridin səhhətində yaranan problemlərə görə çox ağlamıram. Turalın yoxluğu Fəridə də pis təsir edib. Turaldan sonra bir neçə ay psixoloqa getdi ki, özünə gəlsin. Mənim özüm də bir neçə dəfə müalicə olundum. Çətindi.

“Dadaşovlar ailəsinə düşməyən səkkiz aprel…”

Səkkiz aprel və Dadaşovlar ailəsinə düşməyən gün. Aprelin 8-də ailənin ikinci övladı Fərid dünyaya gəlib.  Bir neçə il sonra aprelin 8-də Kəmalə xanımın atası dünyasını dəyişdiyindən Fəridin doğum günü babasının ölüm gününə təsadüf etdiyi üçün  doğum günü keçirməyiblər. Elə olub ki, 2016-cı il aprelin 8-də Turalın da Şəhidlik xəbəri ailəsinə çatdırılıb. Söhbətimizə sonradan qoşulan Turalın ana nənəsi Svetlana xanım 8-aprel haqda belə düşünür.

“Tural mənim ilk nəvəmdi. Onu demək olar ki, mən böyütmüşəm. Şəhid olmamışdan on gün qabaq yuxuda gördüm ki, Tural beş yaşındadı. Gözümə baxaraq susub. Sonradan birdən-birə qaranlıqda qeybə çəkildi. Yuxudan oyanıb ağladım, amma bu barədə heç kimə heç nə demədim. Aprelin 8-də isə bizə bu acı xəbəri gətirdilər. Aprelin 8-i bizə düşmür. Həyat yoldaşım da aprelin 8-də vəfat edib.

“İndiyə kimi o yuxunu xatırlayıram…”

Şəhidimizin kiçik qardaşı Fərid çox sarsıntı keçirib. İndi işdə-gücdə başını qatır ki, bir az özünə gəlsin. Gördüyü yuxunu isə heç vaxt unuda bilmədiyini deyir:

Yuxuda gördüm ki, Tural suda boğulur. Əlimi atıb çıxarmaq istədim, amma əlimdən sürüşüb getdi. Gündüz zəng vurub dedim ki, Tural, səni yuxuda yaxşı görmədim. Qoy, gəlim sənə dəyim. Dedi ki: “Yox gəlmə, lazım deyil, hər şey yaxşıdı. Üstündən on gün keçmişdi ki, Turalın Şəhid xəbərini bizə dedilər.

Sonda Şəhidimizin ailəsinə başsağlığı verib oradan ayrıldıq. Şəhidimizin yaxınları onlara baş çəkdiyimiz üçün öz minnətdarlıqlarını bildirdilər.

Vasif Əlihüseyn
1248 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna