rasimprof. Həsənov  Rasim  Tapdıq  oğlu

İqtisad  elmləri  doktoru, professor Həsənov Rasim  Tapdıq  oğlunun əsas elm fəaliyyət istiqamətlərini, Azərbaycan iqisadiyyatının aktual problemləri, o cümlədən davamlı, dayanıqlı və tarazlı inkişaf  problemləri,  milli iqtisadi siyasətin formalaşdırılması, həmçinin  makroiqtisadi tənzimləmə və dövlətin  iqtisadi idarəetmə sisteminin təkmilləşdirilməsi, sosial  və regional inkişafın sürətləndirilməsi, innovasiyalı iqtisadiyyatın formalaşdırılması problemləri, ictimai seçimin iqtisadi əsaslarının qiymətləndirilməsi və  funksional, sahəvi və regional  sosial iqtisadi inkişaf konsepsiya və proqramlarının hazırlanması, dövlət iqtisadi  idarəetmə mexanizminin fəaliyyəti, dövlət vəsaitlərindən istifadənin səmərəliliyi və nəticəliliyinin yüksəldilməsi, maliyyə- büdcə siyasəti və maliyyə nəzarəti mexanizminin təkmilləşdirilməsi, iqtisadi təhlükəsizliyin aktual problemləri, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyası və geoiqtisadi əlaqələrin inkişafı, qloballaşma və dünya təsərrüfat konyunkturasının Azərbaycan iqtisadiyyatına təsirinin qiymətləndirilməsi,  və s kimi aktual tətbiqi iqtisadi problemlər  və məsələlər  təşkil edir.

R.Həsənovun  ölkəmizin  aktual  iqtisadi  problemləri, iqtisadi inkişafımızın  uğurları  və  perspektivləri  haqqında   ölkədə  və   xaricdə   nüfuzlu  elmi  nəşrlərdə iri həcmli  məqalələri  çap   olunmuşdur. Bu  sırada  AMEA  Xəbərləri, “İqtisadiyat: nəzəriyyə  və  təcrübə”, “Neft  təsərrüfatı”,  “Elm  və  texnika   yenilikləri”,  “İqtisadiyyat  və  audit”  və s.  kimi  yerli  jurnallarla   yanaşı, «Общество  и Экономика»;  «Проблемы  региональной  экономики»; « Социальная политика  в  постсоциалистическом  обществе, задачи, противоречия, механизми» (Наука, колл. монография,2001г.), j. Central Asia and the Caucasus; j.The Caucasus  & Globalization, Sweden ,  və s. kimi  nəşrləri qeyd  etmək olar.

2010-cu ildən  fəaliyyətə başlayan  Azərbaycan respublikası Prezidenti yanında Elmin inkişaf fondunun iqtisadiyyat elmi sahəsində ilk qrantını məhz Rasim Həsənovun rəhbərlik etdiyi tədqiqatçılar qrupu almışdır. İnkişaf edən iqtisadiyyatla üçün aktual olan bir mövzuda – “Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində fiskal və monetar siya­sə­tin əlaqə­ləndirilməsi mexanizminin qiymətləndirilməsi və onun təkmilləşdirilməsi istiqamət­lə­ri­nin müəyyənləşdirilməsi”  mövzusu üzrə qrant layihəsi 2011-ci ildə yerinə yetirilmişdir. 2011-2012-ci illərdə prof. R.Həsənovun rəhbərliyi ilə dha iki mövzu üzrə qrant tədqiqatları aparılmışdır.  Azərbaycan Respubliksaı Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında regional sosial-iqtisadi inkişaf proqramlarının nəticələrinin diaqnostikası və regional iqtisadi inkişaf modelinin formalaşdırılması” (2011) və “Azərbaycanda aqrar sektorun inkişafının dövlət tərəfindən stimul­laşdırılması mexanizminin qiymətləndirilməsi və onun təkmilləşdiril­məsinə dair təklif və tövsiyələrin hazırlanması” (2012) mövzularında qrant layihələri üzrə tədqiqat işlərinin nəticələri Dövlət orqanlarında istifadə üçün qəbul edilmişdir.

1983-1991–ci  illərdə  keçmiş SSRİ  məkanında,1997 -2010 –ci  illərdə isə   Azər­baycan  respublikasının  müxtəlif  nümayəndə  heyyətlərinin  tərkibində, dəfə­lər­lə, ÇXR, Polşa, Rusiya, Avstraliya, Hollandiya, Turkiyə, Yunanstan, Qazaxstan, İran, Qırğızıstan, Ukraina   və s. kimi ölkələrdə  keçrilmiş  beynəlxalq  elmi  konfrans  və  simpoziumlarda  iştirak  etmişdir. 1999-2003-cü  illərdə  İqtisad  Əməkdaşlıq  təşki­la­tında (ЕСО)  İqtisadi  tədqiqatlar   üzrə  Azərbaycanın  Milli  koordinatoru, Azər­bay­can  respublikası Dövlət  Elm və Texnika komitəsi  yanında “İqtisadiyyat” problem  Şura­­sının  Sədr  müavıni olmuşdur.  2011-ci ildə Əməkdar müəllimdir.

ADİU nəzdində  İqtisadi Araşdırmalar Elmi  tədqiqat institunun direktoru

5063 2