elxan2474029791_oSalayev Elxan Adil oğlu

2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr təhsil proqramı üzrə İnformatika və idarəetmə fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi”, 2013-2015-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin magistr təhsil proqramı üzrə Menecment ixtisasında təhsil almışdır. 2017-ci ilin yanvar ayından Azərbaycan Dövlət İqtisad Universitetinin Doktorantura şöbəsinin dissertantıdır.

2012-ci ilin mart ayından 2017-ci ilin aprel ayınadək “Menecment” kafedrasında laborant vəzifəsində çalışmışdır. 2015-2017-ci illərdə “Menecment” kafedrasında saathesabı olaraq “Menecment”, “Strateji menecment”, “İdarəetmə qərarları”, “Korporativ idarəetmə” fənlərindən mühazirə və seminar dəsrləri aparmışdır. Elmi fəaliyyəti ilə əlaqədar 12 məqalənin müəllifidir.

2017-ci ilin aprel ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes və menecment” fakültəsinin katibi vəzifəsində çalışır.

2017-ci ildə Türkiyənin Uludag Universitetində tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı mübadilə proqramında iştirak etmişdir.
*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

*