salimova_cimnaz_8089Səlimova Çimnaz Tapdıq qızı

1962-ci il yanvarın 12-də Əli-Bayramlı şəhərində anadan olmuşdur.

1969-1979-cu illərdə  246 N-li məktəbdə təhsil almışdır.

1980-1985-ci illərdə SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dövlət Dillər Universiteti) ingilis dili fakültəsini bitirmişdir.

1987-1988-ci illərdə Mədəniyyət evində metodist; 1988-1990-cu illərdə 12 N-li məktəbdə müəllimə; 1990-1994-cü illərdə Moskva Dövlət Universitetinin filialı olan Futuralogiya İnstitutunda müəllimə; 1994-1995-ci illərdə 132 N-li məktəbdə müəllimə vəzifələrində işləmişdir.

 

 

 

*

1994-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində müəllim vəzifəsində çalışır.

Hazırda UNEC-in “Xarici dillər” kafedrasının müəllimidir.

Altı hissəli «Englist for Businessmen» kitabının dördüncü hissəsini tərcümə etmişdir.

16 elmi məqalənin müəllifidir.

Ailəlidir, bir övladı var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI