Tələbələr üçün Cousera kurslarından növbəti fürsət

23 İYUN 2020 | VIEWS:
701

coursera_for_campusMartın 25-dən UNEC “Coursera for Campus” dəstək proqramına qoşuldu və 2600 UNEC tələbəsi təqdim olunan fürsətlərdən yararlandı. 

Proqram çərçivəsində tələbələr 708 adda kurs üzrə 124686 dərs mövzusu dinləyiblər. Ümumilikdə isə 1778 UNEC tələbəsi kursu uğurla tamamlayaraq, 5546 sertifikat qazandı.

Sevindirici haldır ki, UNEC tələbələrinin proqramdakı yüksək fəallığına görə “Coursera”dan universitet rəhbərliyi adına təşəkkür məktubu daxil olub.

Distant təhsilə keçid kütləvi açıq onlayn kursların təhsil prosesinə inteqrasıyasını qaçılmaz edir. Pandemiya dövrünün davam etməsi həm də özünüinkişaf fəaliyyətinə daha çox zaman ayırmaq üçün bir fürsətdir. Bütün bunları və eləcə də qarşıdan gələn yay tətilini nəzərə alaraq, “Coursera” ilə aparılan danışıqların müsbət nəticəsi olaraq, UNEC üçün ayrılan 2600 lisenziya sayı 5000-ə qədər artırıldı və hər lisenziya üçün tətbiq edilən 5 kurs seçim limiti aradan qaldırıldı. Lisenziya əldə edən hər kəs 30 iyuna qədər limitsiz sayda kurs götürə bilər. Kursların 1 sentyabra qədər bitirməsı lazımdır. Dəstək proqramı çərçivəsində qazanılan sertifikatlarına görə ödəniş tələb olunmur.

Lisenziyası olmayanlar link vasitəsilə müraciət edə bilərlər.

http://news.unec.edu.az/xeber/105-telebe/6601-bold-red-telebeler-uchun-cousera-kurslarindan-novbeti-furset-bold-red

702 1