UNEC-də kafedra müdiri vəzifələrinə seçkilər keçirilib

10 YANVAR 2017 | VIEWS:
982

UNEC-də boş qalan kafedra müdiri vəzifələrinə seçkilər keçirilib. Müsabiqə yolu ilə keçirilən seçkilərdə kafedranın profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik iddiaçılar iştirak ediblər.

Seçkilərin şəffaf və obyektivliyini təmin etmək məqsədilə UNEC-in Elmi Şurası tərəfindən müəyyənləşdirilən və rektor, professor Ədalət Muradovun əmri ilə təsdiq olunan müvafiq komissiya yaradılıb. Komissiya sədri və fakültə dekanının iştirakı ilə kafedra müdiri vəzifəsinə iddia edənlərlə bağlı kafedranın rəyini öyrənmək üçün iclaslar təşkil edilib. İclasda iddiaçıların sənədləri araşdırılaraq, sadə səs çoxluğu ilə qərar qəbul edilib. Növbəti mərhələdə isə iddiaçılar barədə kafedranın müvafiq rəyləri komissiyaya təqdim olunaraq, onlarla fərdi qaydada müsahibələr aparılıb. Sonra iddiaçıların idarəetmə sahəsində qabiliyyət və bacarıqlarını müəyyənləşdirmək üçün anket sorğusu keçirilib, müvafiq kafedraların rəyləri araşdırılaraq, müzakirələr təşkil edilib.

Komissiyanın müsbət rəyi əsasında UNEC rektorunun müvafiq əmrinə əsasən, “Statistika”, “İqtisadiyyatın tənzimlənməsi”, “Ticarət və gömrük işinin təşkili”, “Texnoloji maşınlar və sahə avadanlıqları”, “Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi”, “Menecment”, “Biznesin idarə edilməsi” kafedralarına müdir vəzifələrinə təyinatlar olub. Yeni təyin olunan kafedra müdirləri ilə 5 il müddətinə müqavilə bağlanıb.

 

983 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser