UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin V hesabat-seçki konfransı

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) V hesabat-seçki konfransı keçirilib. Konfransda UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və tələbələr iştirak edib.

Konfransda THİK sədri Rüfət Süleymanlı beş illik fəaliyyəti barədə hesabat verib. Sonra THİK-in Təftiş Komissiyası sədrinin hesabatı dinlənilib. Prorektor S.Qəndilova THİK-in beş il ərzində gördüyü işləri yüksək qiymətləndirib. Bildirib ki, təşkilata üzv olan tələbələr universitetin ictimai həyatında fəal iştirak edib, universitetlərarası yarış və müsabiqələrdə UNEC-i layiqincə təmsil ediblər.

M.Cəfərzadə THİK-in ötən dövr ərzindəki fəaliyyətini müsbət dəyərləndirib və yeni seçiləcək heyətə tələbələrin qayğısına qalmağı, onların asudə vaxtlarını səmərəli təmin etməyi tövsiyə edib. Həmçinin tələbələri gələcəkdə dövlətçiliyimizin inkişafında fəal iştiraka səsləyib.

Sonra səsvermə yolu ilə THİK-in yeni tərkibi seçilib. Sonda isə UNEC THİK-in yeni sədrinin seçkisi keçirilib. Sərdliyə yenidən R.Süleymanlının namizədliyi irəli sürülüb. THİK heyətinin səs çoxluğu ilə Rüfət Süleymanlı yenidən UNEC THİK-in sədri seçilib.

*

Photo 5-24-17, 15 17 27