UNEC şəhidlərini ehtiramla yad edir

19 FEVRAL 2017 | VIEWS:
909

Yusif MirzeyevBu gün UNEC-in məzunu, şəhid Yusif Mirzəyevin anım günüdür. 

Mirzəyev Yusif Əli oğlu 23 may 1958-ci ildə Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə İ.Səfərli adına 1 saylı orta məktəbi bitirib. Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutunda (indiki UNEC) təhsil alıb.

1988-ci illərdə Xalq Hərəkatına qoşulub. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. O, 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edib, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edib.

1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub. Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində orta məktəblərdən biri və Bakının 44 saylı orta məktəbi Yusif Mirzəyevin adını daşıyır, məktəbin qarşısında büstü qoyulub. Allah rəhmət eləsin…

910 2