UNEC təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddətini uzadıb

26 İYUL 2016 | VIEWS:
1637

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

       2016/2017-cı tədris ilində ödənişli əsaslarla

təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti 2016-cı ilin

sentyabr  ayının 10-dək uzadılmışdır.

Sənəd qəbulu aşağıdakı ixtisaslar üzrə aparılır:

  • 050401 Dünya iqtisadiyyatı
  • 050213 Beynəlxalq münasibətlər
  • 050403 Maliyyə
  • 050404 İqtisadiyyat
  • 050402 Mühasibat uçotu və aııdit
  • 050406 Statistika
  • 050407 Menecment
  • 050410 Dövlət və bələdiyyə idarəetməsi
  • 050632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  • 050409 Biznesin idarə edilməsi
  • 050405 Sənayenin təşkili və idarə olunması
  • 050408 Marketinq
  • 050510 Ekologiya
  • 050411 Kommersiya
  • 050810 Turizm və hotelçilik
  • 050644 İstehlak  mallarının  ekspertizası və marketinqi
  • 050642 Qida məhsulları mühəndisliyi
  • 050321 Dizayn
  • 050643 Çoxişlənən malların   texnologiyası mühəndisliyi
  • 050625 Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
  • 050647 Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

 

 Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sen­tyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olması şərtilə tək­rar ali təhsil ala bilərlər.

Təkrar ali təhsilə qəbul ancaq elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüqu­qunu qazanırlar.

Təkrar ali təhsilə müraciət aşağıdakı internet linki vasitəsilə  həyata keçirilir:

http://www.kabinet. unec.edu.az

 

Təkrar ali təhsil almaq isiəyənlər aşağıdakı sənədləri  elektron formada təqdim etməlidirlər:

  • Rektorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma   əlavə ilə birlikdə);
  • İş yerindən arayış (işlədiyi halda);
  • Əmək kitabçasından çıxarış (işlədiyi halda);
  • 3×4 sm ölçüdə 6 ədəd fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti.

 

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. 

 

Ünvan:İstiqlaliyyət küçəsi 6,otaq 107

Əlaqə telefonları: (012) 492-65-64; (050) 344-04-33; (050) 756-59-60

 

1638 2