UNEC tələbələri bankda karyera imkanları ilə tanış olublar

19 NOYABR 2015 | VIEWS:
2589

Noyabrın 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün “Kapital Bank”-a infotur təşkil edilib.

İnfoturun əsas məqsədi tələbələri bankın iş prinsipi ilə tanış etmək, onlara gələcək karyera seçimində istiqamət vermək və bank sektorunda çalışmağın üstünlüklərini açıqlamaqdır.

Məlumatlandırıcı sessiyada Kapital Bankın İnsan Resurslarının idarə edilməsi departamentinin əməkdaşları Elçin Nəsibov, Sabir Mustafayev, Pərakəndə Bankçılıq departamentinin Satışlara dəstək şöbəsinin rəisi Fərid Həsənov müxtəlif təqdimatlarla çıxış edərək, tələbələrə Bankın fəaliyyəti, risklərin idarə olunması, kredit və depozit əməliyyatları, həmçinin, ümumi bankçılıq haqqında müfəssəl məlumat veriblər.

Daha  sonra kompüter qarşısında əyləşən tələbələrə “FLEX CUBE” bank əməliyyat sistemində müştərilərə cari hesabların açılması prosesi və qaydaları əyani şəkildə nümayiş olunub.

Sonda çay süfrəsi ətrafında Kapital Bankın İnsan Resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova Banka işə qəbul prosedurları, təcrübə proqramları, karyera seçimi, və digər məsələlərlə bağlı tələbələrin çoxsaylı suallarını cavablandırıb. F.Məmmədova bildirib ki, gələcəkdə bankın korporativ sosial məsuliyyətlilayihələri çərçivəsindəmüxtəlif təhsil yönümlü proqramların təşkili nəzərdə tutulub. Həmin proqramlarali iqtisadi təhsil alan tələbələr üçünKapital Bankda təcrübə keçmək imkanı qazandıracaq.

İnfoturun sonunda Bankın əməkdaşları tələbələrə hədiyyələr təqdim edib və xatirə şəkli çəkdiriblər.

2590 1