2015/2016-cı tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edilir

02 İYUL 2015

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

2015/2016-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla

təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

  • 050401 Dünya iqtisadiyyatı
  • 050213 Beynəlxalq münasibətlər
  • 050403 Maliyyə
  • 050404 İqtisadiyyat
  • 050402 Mühasibat uçotu və audit
  • 050406 Statistika
  • 050407 Menecment
  • 050410 Dövlət və bələdiyyə idarəetməsi
  • 050632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  • 050409 Biznesin idarə edilməsi
  • 050405 Sənayenin təşkili və idarə olunması
  • 050408 Marketinq
  • 050510 Ekologiya
  • 050411 Kommersiya
  • 050810 Turizm və otelçilik
  • 050644 İstehlak mallarının ekspertizası və marketinqi
  • 050642 Qida məhsulları mühəndisliyi
  • 050321 Dizayn
  • 050643 Çoxişlənən malların texnologiyası mühəndisliyi
  • 050625 Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
  • 050647 Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

 

Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olması şərtilə təkrar ali təhsil ala bilərlər.

Təkrar ali təhsilə qəbul ancaq elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.

Təkrar ali təhsilə müraciət aşağıdakı internet linki vasitəsi ilə həyata keçirilir.

http://www.kabinet.unec.edu.az

Sənədlərin qəbulu 2015-ci il iyul ayının 6-dan sentyabr ayının 4-dək aparılacaq.

Ərizə və göndəriş formaları

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

  • Rektorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
  • İş yerindən arayış (işlədiyi halda);
  • Əmək kitabçasından çıxarış (işlədiyi halda);
  • 3×4 sm ölçüdə 6 ədəd fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Ünvan: İstiqlaliyyət küçəsi 6, otaq 107

Tel.: (012) 492-65-64