Mərkəzin direktoru: Aytac Həmid qızı Rzayeva

Əlaqə tel:  +(994) 12 497-71-35
+(994) 12 497-59-03 ;    daxili: 1132
 

Email:  aytac_rzayeva@unec.edu.az

*

Karyera Mərkəzinin xəbərləri UNEC News-da (2018 – 2022)

Karyera Mərkəzinin tədbirləri (2015 – 2018)

karyerakarrre7ca0986df16kar7b949ac8c0d5dkar97315118c55ede952ckar63e9ef94kar88160d65ad7914f2

52175 2

karyeraнок1Karyera Mərkəzi haqqında

Mərkəz  UNEC, Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsidir. Mərkəzə 2018-ci ilin oktyabrına kimi Fuad Əliyev, 10.2018-dən 10.2021-ə kimi Ramil Cabbarov, 01.11.2021-ci il tarixdən 08.04.2022-ci il tarixə kimi Sənan Həsənov rəhbərlik edib. 21 iyun 2022-ci il tarixindən mərkəzin direktoru Aytac Rzayevadır.

Gənclər üçün Karyera Mərkəzi olaraq başlıca vəzifəmiz tələbələrimizi peşəkar iş həyatına hazırlamaq, şəxsi inkişaflarına dəstək olmaq, işəgötürənlərlə sıx əməkdaşlıqlar qurmaq və məzunlarımızla sağlam əlaqələri daim qorumaqdır.

TƏQDİMAT

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Mərkəzi 2008-ci ilin 26 noyabr tarixində yaradılıb. Karyera Mərkəzi verilən səlahiyyətlər çərçivəsində ali təhsilin bütün səviyyələrində təhsilalanların və məzunların karyera inkişafında və məşğulluqlarının tənzimlənməsində yardım göstərir. 

Mərkəz öz fəalliyyətində Azərbaycan Respublikasının Təhsil Qanununu, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habele Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ-hüquqi sənədlərini, UNEC-in Nizamnaməsini və bu əsasnaməni rəhbər tutur. 

Mərkəz öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq dövlət, özəl və xarici müəssisələrlə bağlanmış memorandum əsasında həyata keçirir. 

Mərkəz öz vəzifərini yerinə yetirərkən təhsilalanlar və məzunlar üçün UNEC-in struktur bölmələri, universitet adından dövlət orqanları, elm və təhsil qurumları, korporativ sektor və digər təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
*

Mərkəzin məqsəd və vəzifələri   

  • Dövlət və özəl sektorlarda fəalliyət göstərən müəssisə, təşkilat və qurumlarla  qarşılıqlı fəaliyyətlərin uyğunlaşması; 
  • Təhsilalanların və məzunların karyera inkişafına metodiki və əməli köməkliyin həyata keçirilməsi; 
  • Təhsilalanlara və məzunlara karyera inkişafı sahəsində  maarifləndirici tədbirlərin hazırlanması və həyata keçirilməsi; 
  • Məzunlar Assosiasiyasının qurulması və əlaqələrin inkişaf etdirilməsi; 
  •  İnnovativ Biznes inkubator fəaliyyətlərin təşkili və startap ekosisteminin qurulması; 
  •  Mərkəzin fəaliyyət  sahəsinin inkişafı ilə bağlı beynəlxalq  təcrübənin öyrənilməsi və UNEC rəhbərliyinə təkliflərin hazırlanması. 
  • Tələbələrin və məzunların karyera inkişafında dəstək göstərmək ; 
  • Təhsilalanların və məzunların hazırlıq səviyyəsinin əmək bazarının  tələblərinə uyğunluğunu  müəyyənləşdirmək məqsədi ilə sorğular həyata keçirmək; 
  • Müxtəlif karyera tədbirləri, təcrübə və təqaüd proqramlarının həyata keçirilməsi məqsədilə dövlət və korporativ idarəetmə sistemi ilə münasibətlərin qurulması və təkmilləşdirilməsi. 
  • Tələbələrin və məzunların gələcək karyera inkişafında  yerli və xarici şirkətlər haqqında məlumat baza platformasının yaradılması; Məzunların bilik və bacarıqlarına, şəxsi keyfiyyətlərinə üstünlük verən şirkətlər məzunların CV-lərini təqdim edilməsini təşkil etmək, işə götürülməsinə imkan yaradılması haqqında təkliflər vermək; 
  •  Dövlət və korporativ sektorun, eləcə də xaricdən dəvət edilmiş  təcrübəli mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda müzakirələr təşkil etmək və könüllülər hərakatına dəstək olmaq; 
  •  Unec-də yüksək göstəricili məzunların karyera inkişafına və işə düzəlməsinə yardım göstərmək; 
  •  İqtisadçı kadrlara və onların peşəkar səviyyəsinə olan tələbin cari vəziyyəti və perspektivlərini öyrənmək məqsədi ilə əmək bazarında araşdırmalar aparılması, illik hesabat hazırlanması və Dövlət Məşğulluq Agentliyi işəgötürənləri məşğulluq marafonunda fəal iştirak etməyə çağırmaq. 
  •  İşəgötürən təşkilatlar tərəfindən işçi qüvvasinə irəli sürülən əsas peşəkar və ixtisas tələblərini təhlil etmək və universitetin müvafiq ixtisasları üzrə tədris planlarının və dövlət standartlarına təkmilləşdirilməsi istiqamətində konkret təkliflər hazırlamaq; 
  • Azərbaycanda fəaliyyət göstərən şirkətlərdə vakant olan iş yerləri haqqında  məlumatları mütəmadi şəkildə toplamaq və onların təhsilalanlar, məzunlar arasında yayılmasını təmin etmək; 
  •  Universitetin müvafiq strukturları ilə birlikdə müsabiqələr, imtahan   testlər, işgüzar oyunlar və s. Nəticəsində istedadlı və perspektivli təhsilalanların müəyyən edilərək onların karyera inkişafına dəstək vermək; 
  •  Dövlət və korporativ sektorun iştirakı ilə müxtəlif karyera tədbirlərini həyata keçirmək (əmək yarmarkaları, sərgilər, informasiya turları, karyera günləri və s.); 
  •  Məzunlarla daimi əlaqə saxlamaq, onların karyera inkişafını izləmək, karyeraları ilə əlaqəli  tədbirlərə cəlb etmək; 
  •  Universitetlə məzunlar arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi, fiziki və hüquqi şəxslər olan universitet məzunları ilə tərəfdaşlığın inkişaf etdirilməsi, universitet məzunlarının karyera inkişafina dəstək verməkdir; 
  • Universitetin məzunlarına fəaliyyətləri ilə əlaqəli cəlb edici informasiya materiallarının ( elan, elektron göndərişlər və s.) hazırlanması və yayılması; 
  • Universitetdə həyata keçirilən layihə və tədbirlərə UNEC mazunlarının cəlb olunması və məzunların təklifinə əsasən xüsusi tədbirlərin keçirilməsi. 
  •   Uğurlu məzunlarla ənənəvi görüşlərinin təşkili; 

 Mərkəzin fəaliyyətinin təşkili  

  • Mərkəzin strukturu və ştat cədvəli rektor tərəfindən təsdiq edilir. Mərkəz fəaliyyəti haqqında Elmi Şura qarşısında hesabat verir.  
  •  Mərkəzə rektor tərəfindən təyin edilən direktor rəhbərlik edir. Direktor mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi va hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.  
  •  Direktor – Müəyyən edilmiş büdcəyə uyğun olaraq rutin planların yaradan və planlara əməl olunmasının təmin edən şəxs: 
  •  Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;  
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyatini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrini təmin edir və ona nəzarət edir;  
  • Mərkəzin fəaliyyəti haqqında ildə bir dəfə hesabat verir. 
  •  Mərkəzə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə iş planlarını tərtib edir, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir; 
  •  Mərkəzin əməkdaşları barəsində səlahiyyətləri daxilində həvəsləndirmə və intizam tədbirləri görür; 
  •  Mərkəzin vəzifələrini yerinə yetirmək üçün universitetin digər strukturlarından zəruri məlumat və sənədlər alır; 
  • Mərkəzdə kargüzarlıq işlərinin aparılmasını təmin edir.  

 

   Mərkəzin hüquqları 

  • Mərkəzin işini təkmilləşdirmək və genişləndirmək məqsədi ilə əsaslandırılmış təkliflər irəli sürmək; 
  • Müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən  edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;  
  •  Qanunvericiliklə müəyyən edilmiş qaydada bülleten buraxmaq, universitetin internet səhifəsində öz bölməsini yaratmaq və ondan istifadə etmək;  
  •  Başqa təşkilatlarla, o cümlədən xarici ölkələrin təşkilatları, rəhbər işçiləri və mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq; 
  •  Mərkəzin fəaliyyət istigaməti üzrə iclaslar, tədris metodiki konfranslar, təlimlər və seminarlar təşkil etmək; 
  •  Mərkəz əməkdaşlarının peşə hazırlığının və ixtisas keyfiyyətlərinin artırılması məqsədilə tədbirlər görmək, o cümlədən, onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər bu kimi tədbirlərdə iştirakını təşkil etmək, təcrübə keçmək üçün onları aparıcı təhsil müəssisələrinə, şirkətlərə və dövlət hakimiyyəti orqanlarına göndərilməsinə dair təkliflər vermək;  
  • Mərkəzin fəaliyyət sahəsi ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə iştirak etməsi barədə rəhbərlik qarşısında vəsatət qaldırmaq;  
  • UNEC-la işəgötürənlər arasında innovativ aməkdaşlıq formalarını inkişaf etdirmək (tələbələra adlı təqaüdlərin təsis edilməsi, müəllimlərə qrantların verilməsi, korporativ sektorun tədris prosesində iştirakını təmin etmək və s.). 
  • UNEC adından şirkətlərə məktubların, müraciətlərin və göndərişlərin yazılmasını təmin etmək.  

                   

WordPress SEO - escort eskisehir - Sağlık Personeli - eskort -
Zero Waste Shop