Seminar “FEYK elmi və akademik etika: müasir çağırışlar və yeni institutların inkişafı” mövzusunda olacaq. Seminarda Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, İstanbul Universitetinin prorektoru, professor Sedat Murat, BDU-nun professoru Kamil Səlimov və “Applied and Computational Mathematics” beynəlxalq jurnalının aparıcı redaktoru (2002-2017), professor Yusif Qasımov məruzəçi qismində çıxış edəcək. Seminarın moderatoru UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov olacaq.
UNEC-in əsas tədris binasında keçiriləcək seminarın sonunda iştirakçılara sertifikat təqdim olunacaq.
Seminarda iştirak etmək istəyənlər UNEC-in Elm şöbəsinə (İstiqlaliyyət küçəsi 6, otaq 128, tel.: 492-72-98) müraciət edə bilər.