UNEC-də “Heydər Əliyev və Azərbaycan ali iqtisad təhsili” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

15 MART 2018

Mayın 3-də UNEC-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycan ali iqtisad təhsili” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

Professor-müəllim heyəti, mütəxəssis, doktorant və gənc tədqiqatçıları konfransın işində iştirak etməyə dəvət edirik.

Konfransın mövzuları:

  1. Elm, təhsil və innovasiya formatına keçid problemləri.
  2. Ali təhsil sistemində islahatlar və problemlər.
  3. Ali təhsil sistemində innovasiya və sahibkarlıq fəaliyyəti.
  4. Ali təhsil sistemində beynəlxalq təcrübə və meyllər.
  5. Ali təhsil sistemində tədrisin keyfiyyəti və əhatəliliyi problemləri.
  6. Ali təhsil sistemi: qlobal meyllər və perspektivlər.
  7. Ali təhsil sistemində iqtisad elmi: yeni çağırışlar və perspektivlər.
  8. Ali təhsil sisteminin iqtisadiyyatı və maliyyələşdirilməsi problemləri.

*
Məqalələrin tərtibinə aşağıdakı tələblər qoyulur:

  1. Məqalələrdə müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, elektron ünvanı və əlaqə nömrəsi bildirilməlidir.
  2. Müəllifin adından sonra ortada iri qara şriftlərlə məqalənin adı göstərilməlidir.
  3. Məqalənin adından sonra hər üç dildə (azərbaycan, ingilis, rus) dillərində açar sözlər yazılmalıdır.
  4. Məqalələrin həçmi 3 səhifədən (A4) çox olmamalıdır. Məqalələr 12 ölçudə, 1.5 intervalla, Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 25mm, sağdan 10mm, yuxarıdan 20mm, aşağıdan 20mm) boşluq buraxılmalıdır.
  5. Müsabiqəyə təqdim olunacaq məqalələr azərbaycan, rus və ingilis dillərində yazıla bilər. İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilməlidir (məsələn; 1, səh.15).
  6. Məqalələrdə yenilik, səmərəlilik və faydalılıq nəzərə çarpmalıdır.
  7. Məqalələr Elm Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcəkdir. Qoyulan tələblərə cavab verməyən məqalələr qəbul olunmayacaqdır.
  8. Məqalələrin qəbulu üçün son tarix: 02 aprel 2018-ci ildir. Məqalələr Məqalələr doldurulmuş anket forması ilə birlikdə [email protected] elektron ünvanına və çap variantında UNEC-in əsas binası, “Elm” şöbəsinə (otaq 128) təqdim olunmalıdır.

 

Ətraflı məlumat üçün əlaqə telefonu: (012) 492-72-98

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna