Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, mal, iş və xidmətlərin qısa müddətdə təhvil verilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Əlaqələndirici şəxs: Aqil Əhmədov
Əlaqə telefonu: (012) 492-59-03, daxili 1127
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç. 6
Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) aşağıda qeyd olunan hesaba 300 (üç yüz) manat məbləğində vəsaiti ödədikdən sonra tenderdə iştirak etmək üçün elektron müraciət edərək, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri:
VÖEN 1700091281 |
Bankın adı: “Kapital Bank” ASC-nin Səbail filialı |
VÖEN 9900003611 |
M/H AZ37NABZ01350100000000001944 |
H/H: AZ96AIIB33010019443507362105 |
Kodu: 200059 |
SWIFT: AIIBAZ2X |
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 12.12.2019-cu il saat 17:00 kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank zəmanətini 20.12.2019-cu il, saat: 11:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri zərfləri 23.12.2019-cu il tarixində saat: 11:00-da – elektron portal vasitəsilə açılacaqdır.
Qeyd: Tenderdə iştirak,tenderin qiymətləndirməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Tender komissiyası