Təlimdə iştirak etmək istəyənlər 17 dekabr 2020-ci il tarixinədək http://ecosf.org/signup.aspx saytında qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçdikdən sonra ZOOM linkinə giriş barədə məlumat veriləcək.
Qeyd: İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondu Pekin Texnologiya və Biznes Universiteti ilə birlikdə “Bir kəmər, bir yol” alyansının təşəbbüsü ilə elm, texnologiya və iqtisadi əməkdaşlıq çərçivəsində Pekin şəhərində birgə Tədris Mərkəzi (BTBU-ECOSF) qurub. Tədris Mərkəzinin əsas məqsədi insan resurslarına xidmət platforması yaratmaq və “Bir kəmər, Bir yol” alyansının təşəbbüsü ilə Çin müəssisələri və iştirakçı ölkələrin ümumi hədəflərini təbliğ etmək üçün sahələrarası və fənlərarası beynəlxalq təlim proqramları hazırlamaqdır.